1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar”-dan autizmli uşaqlara dəstək
03.10.2018

Baki, FinanceTime.   “Nar” əməkdaşları autizm spektr pozuntuları ilə üzləşən uşaqların çalışdığı “Kashalata” kafe-atelyenin qonağı oldu və uşaqlarla görüşdü. Autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. Mobil operatorun əməkdaşları xüsusi diqqət tələb edən uşaqların çalışdığı kafe üçün zəruri olan avadanlıq hədiyyə etməklə yanaşı, kafenin müştərisi oldu.

Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla görüşdə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke də iştirak edib: ““Nar” üçün yükksəkkeyfiyyətli xidmətlə yanaşı, sosial layihələri həyata keçirməkçox önəmlidir. Korporativ Sosial Məsuliyyət (KSM) strategiyamız çərçivəsində cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara böyük məmuniyyət hissi ilə dəstək oluruq. İnanırıq ki, bir çox biznes qurumları da bu təşəbbüsümüzə qoşulacaq”.

Qeyd edək ki, “Kashalata” kafe Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla işləyən "Birgə və Sağlam"İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizmli uşaq var.

Autizmli uşaqlara dəstək “Nar”-ın KSM strategiyası çərçivəsində baş tutub. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment