1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Üç azərbaycanlı “Xırdalan iç – Xırdalanda ev qazan” kampaniyası çərçivəsində mənzil qazanıb
03.10.2018

Baki, FinanceTime.  Bu ilin aprel ayının 1-dən avqust ayının 31-ə kimi keçirilən “Xırdalan iç – Xırdalanda ev qazan” promo kampaniyası çərçivəsində son mənzilin sahibinin adı məlum olub. Qalib Xanım Həsənovadır. Sentyabrın 28-də o, mənzilin açarlarını alıb.

Carlsberg Azerbaijan-ın “Xırdalan” flaqman brendinin milli promokampaniyası çərçivəsində Xırdalan şəhərində yerləşən Kristal Abşeron Kompleksindəki 3 yeni təmirli mənzil oynanılıb. Aksiyada iştirak etmək üçün 18 yaşına çatmış şəxslər Xırdalan pivəsi almalı, qapağın altındakı kodu tapıb,www.xirdalanpromo.az reklam saytında qeydiyyatdan keçməli idilər.

Kampaniyada Lotereya işarəli məhsullar iştirak edib: “Xırdalan iç – Xırdalanda ev qazan!”,lotereyada 37,000-dən çox kod və 10,000-dən çox istehlakçı iştirak edirdi.

Carlsberg Azerbaijan-ın marketinq üzrə direktoru Yana Slivka: "Aksiya təşkilatçıları olaraq bizim üçünqalibin müəyyən olunması prosesinin şəffaflığı çox vacib idi və hər bir istehlakçımız rəsmi Facebook səhifəmizdə canlı yayımda qalibin müəyyən edilməsi prosesini izləmək imkanına malik idi.Bu gün üçüncü qalib mükafatlandırıldı və biz çox şadıq ki, qaliblərimizin həyatına müsbət töhfə vermiş, və bəlkə də həyatlarını yaxşı mənada dəyişə bilmişik. Xırdalan brendimilli brend kimi tanınmaqla yanaşı, eyni zamanda bizim qürur mənbəyimizdir. Çünki Xırdalan Londonda keçirilən "International Beer Challenge" kimi nüfuzlu beynəlxalq müsabiqədə yüksək keyfiyyətinə görə qızıl medal qazanıb”.

Mənzilin ilk qalibi və sahibi Masallı rayon sakini, ailəsi ilə artıq mənzilə köçmüş Rəşad Quliyevdir. İkinci qalib Bina qəsəbəsində yaşayan ÇingizHəmidov, üçüncü mənzilin qalibi isə Bakı şəhəri sakini 26 yaşlı gənc ana Xanım Həsənovadır.Qalibləri təbrik edirik!

Kampaniya çərçivəsində oynanılan mənzillərdən birinin video-görünüşü linkdə: https://www.youtube.com/watch?time_continue=1&v=puWvCbenS4k

 

Carlsberg Azerbaijan pivə zavodu Azərbaycan paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçilər işləyir (distribütorlar, agentliklər, podratçılar). Carlsberg Azerbaijan-ın büdcədə illik ayırmaları təxminən 15 milyon manat təşkil edir, şirkət Vergilər Nazirliyinin vergi tərəfdaş statusuna malikdir. Zavodun inkişafında investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkət portfelinə Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, Балтика КУЛЕР, Efsane, Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon, Somersby, Karmi Sensual kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yaranıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində Carlsberg Groupun fabrikləri var və onun məhsulları 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markaları daxildir. Group işçilərin ümumi sayı 42 000-dən çoxdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment