1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistraturaya sənəd qəbuluna başlayıb
02.10.2018

Baki, FinanceTime.  Bu gündən etibarən “ADA” Universiteti 2019-2020-ci tədris ili üçün magistr proqramlarına sənəd qəbuluna başlayıb.  Sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.

Təklif edilən magistr proqramları aşağıdakı ixtisaslar üzrədir:

·      Diplomatiya və beynəlxalq münasibətlər

·      Dövlət idarəetməsi

·      Biznesin idarə edilməsi, MBA

·      Təhsil üzrə menecment

İki illik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən peşəkarlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə təhsili ala bilərlər.

Bu ildən etibarən “ADA” Universitetinin Biznesin İdarəedilməsi, MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə tədris olunacaq. İkili diplom proqramında dərslər hər iki ali təhsil ocağının müəllim heyəti tərəfindən keçiriləcək.

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını verməli və ingilis dili bilikləri üzrə İELTS və ya TOEFL sertifikatı təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən abituriyentlər Universitetdə keçirilən müsahibədə iştirak etməyə dəvət olunacaqlar.. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqına güzəştlər qazanırlar. Onlar həmçinin uzun müddətli sosial tələbə kreditlərindən də yararlana bilərlər.

Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isəadmissions@ada.edu.az ünvanına müraciət edə bilərlər. Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası “ADA” Universitetində 12 oktyabrda keçiriləcək.

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universitetinin müəllim və tələbə heyəti 43 müxtəlif ölkəni təmsil edərək burada zəngin beynəlxalq mühit yaradır və tələbələrə dünya təcrübəsindən yararlanmaq imkanı verir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment