1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
02.10.2018

Baki, FinanceTime.  1 oktyabr tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirilib.

Layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət  layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihər həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş  miqyasda təqdir etməkdir.  

Müsabiqəyə layihə qəbulu 01.10.2018-15.11.2018-ci il tarixinədək davam edəcək. Qəbul olunan layihələr Komisiya üzvləri tərəfindən standart meyyarlar əsasında anonim qiymətləndiriləcək və 21 dekabr 2018-ci il tarixində müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər Korporativ Sosial Məsuliyyət üzrə Milli Mükafatı və xüsusi diplomla təltif olunacaq.

 

Müsabiqədə iştirak şərtləri:

1.     2016-2018-ci illər ərzində şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar aşağıda göstərilən emailə göndərilir;

2.      Layihənin həyata keçirildiyini təsdiq edən foto, video materiallar və KİV məlumatların linki;

3.     Layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat;

 

Komisiyanın tərkibi:

1.     Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

2.     Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3.     Azərbaycan Respublikası Təhsil Nazirliyi

4.     Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5.     Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi

6.     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

7.     Asan Xidmət

8.     Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

9.     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

10. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

11. Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

12. PROAKTİV PR şirkəti

 

Əlaqələndirici şəxslər:

 

Şahanə Sarı - 055 776 11 10  info@proaktiv.az

Cavid Kərimov -  55 230 86 22 - ckarimov@ask.org.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment