1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Carlsberg” plastik tullantıların azaldılması məqsədilə qabaqcıl innovasiyalar tətbiq edir
01.10.2018

Baki, FinanceTime.   “Carlsberg Group” bu gün plastik tullantıların həcmini qlobal səviyyədə hər il 60 milyon plastik paket ekvivalenti – 1200 tondan artıq həcmə azaltmağa imkan verəcək qablaşdırma sahəsində bir sıra qabaqcıl innovasiya, o cümlədən bankaların “Snap Pack” multipaklarında yeni birləşdirmə formatını elan edib.

“Snap Pack” – pivə bankalarını birlikdə birləşdirməyə və “Carlsberg”in altı banka ilə multipaklarının qablaşdırılması üçün istifadə olunan örtüdən (plyonkadan) imtina etməyə imkan verən qabaqcıl texnologiyadır. İnnovasiya ilk dəfədir ki pivə hazırlama sahəsində tətbiq olunub və ənənəvi multipaketlərin qablaşdırılması üçün istifadə edilən plastikin həcmini 76%-dək azalmağa imkan verəcək.

“Snap Pack”multipakları “Carlsberg Group”un bu gün elan edilən ekoloji cəhətdən səmərəli qablaşdırma sahəsində innovasiyalar seriyasından yalnız biridir. Bu innovasiyalar arasında həmçinin aşağıdakılar var:

- Şüşə butulkanın etiketi üçün “Cradle-to-Cradle Silver” ilə sertifikasiya olunan boyalara keçid etiketin emalını təkmilləşdirməyə imkan verəcək;

- Dövriyyə şüşə butulkası üçün yeni örtük onun istifadə müddətini artırmağa və ətraf mühitə təsirini azaltmağa imkan verəcək;

- Oksigeni çıxaran yeni qapaqlar pivənin dadını daha uzun müddət saxlamağa imkan verəcək.

Bu “Carlsberg Group”un uzunmüddətli strateji məqsədlərinin – SIFIR karbon izi və SIFIR su itkisi – daxil olduğu “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində istehlakçılara yönələn ilk innovasiyalardır.

İnnovasiyalar ilk növbədə yenilənmə və təkmilləşmənin təmin olunması üçün “Carlsberg” flaqman brendinə aid olacaq. Bu, istehlakçılara ətraf mühitə təsiri azaltmağa imkan verəcək əla dada malik pivənin “Çox güman ki, dünyada ən yaxşı pivə” əfsanəvi sloqanını möhkəmləndirmək üçün atılan bir addımdır.

“Bu,“Carlsberg” üçün vacib gündür. Dayanıqlı inkişaf sahəsində məqsədlərimizə nail olmaq və iqlim dəyişmələri ilə mübarizədə köməklik göstərmək üçün ciddi səylə çalışırıq. Biz daim təkmilləşməyə çalışırıq və bugünkü buraxılış təsisçimizin izi ilə daha yaxşı gələcəyə necə getdiyimizi dəqiqliklə nümayiş etdirir.  “Carlsberg”“Snap Pack” plastik tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldacaq və biz istehlakçılarımıza ətraf mühitə daha az təsir edən pivəni dadmaq imkanını bəxş etməyi səbirsizliklə gözləyirik”, - deyə “Carlsberg Group”un prezidenti və icraçı direktoru Kees’t Xartqeyd edib.

“Carlsberg Group”un tədqiqatçılar komandası həm istehlakçılar, həm iqlim üçün müsbət dəyişikliklərə səbəb olacaq innovasiyaları yaratmaq məqsədilə tərəfdaşlarla birlikdə çalışıb.

Dayanıqlı inkişaf sahəsində yeni həllərin sürətlə tətbiq olunması üçün “Carlsberg Group”, həmçinin Danimarkanın “Plastic Change” Ekoloji Təşkilatı ilə strateji tərəfdaşlıq və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) ilə Dayanıqlı İnkişaf məsələləri ilə bağlı çoxdankı dialoqun davam etdirilməsi barədə elan edib.

“Snap Pack” işə salınmasını qeyd etmək üçün “Carlsberg Group” tamamilə “Snap Pack” texnologiyası ilə birləşdirilən bankalardan ibarət məşhur Su pərisi abidəsinin yeni unikal versiyasını təqdim edib.

Su pərisinin “Snap Pack” multipaklarında istifadə olunan xüsusi yapışqanla birləşdirilən konstruksiyası “Carlsberg Group”un nəfis dada malik olmaqla yanaşı, ətraf mühit üçün daha yaxşı olan pivənin hazırlanması üçün səylərini təcəssüm etdirir. 

İnstalyasiyanın hündürlüyü 3 metr təşkil edir. Onun elementlərindən biri 137 kiloqram plastikdən olan uzanan dalğadır. “Carlsberg Group”  “Snap Pack” sayəsində bir saatda plastik miqdarını (ildə 1200 ton) məhz bu miqdara azaldacaq.

 

“Carlsberg Group” – geniş pivə və digər içki brendləri portfelinə malik dünyada ən iri pivəbişirən qruplardan biridir. Şirkətin flaqman brendi –“Carlsberg” – dünyada ən tanınmış pivə brendlərindən biridir; “Baltika”, “Carlsberg” və “Tuborg” Avropanın səkkiz ən iri brendinə daxil edilib. “Carlsberg Group”da 41000-ə yaxın əməkdaş işləyir, şirkətin məhsulları 150-dən çox bazarda satılır. Ətraflı məlumatı www.carlsberggroup.com saytında əldə edə bilərsiniz.

 

“Carlsberg Group”un dayanıqlı inkişafı barədə

“Carlsberg Group”un “4SIFIR: gələcək üçün birlikdə” dayanıqlı inkişaf proqramı şirkətin iqlim dəyişmələri, su ehtiyatlarının çatışmazlığı və səhiyyə problemləri kimi qlobal çağırışlara cavabıdır. Proqram Qrupun “YELKƏNLƏR’22” biznes strategiyasının bir hissəsidir və 2022-ci və 2030-cu illərədək uzunmüddətli strateji məqsədləri, həmçinin onlara uyğun ölçülə bilən göstəriciləri daxil edir. Uzunmüddətli strateji məqsədlərimiz: Sıfır karbon izi, Sıfır su itkisi, Sıfır məsuliyyətsiz istehlak və Sıfır bədbəxt hadisə. Proqram Qrupun Mövcudluğunun mənasını - “Daha yaxşı bu gün və sabah üçün pivə hazırlayırıq”  - əks etdirir. O elmi yanaşmaya əsaslanır və BMT-nın dayanıqlı inkişaf üzrə qlobal məqsədlərinə uyğundur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment