1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank Azərbaycanda ilk dəfə SAP SuccessFactors heyətin idarə edilməsi üzrə bulud həllini tətbiq edib
01.10.2018

Baki, FinanceTime.  Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank SAP SuccessFactors bulud həlli əsasında öz işçi heyətinin mükafatlandırılması və effektivliyinin idarə edilməsi proseslərini uğurlu şəkildə avtomatlaşdırdı.

Tətbiq olunan yeniliklər sayəsində Bank artıq ilk aylarda yeni heyətin məhsuldarlığının qiymətləndirilməsi sistemini qurub, bu isə tapşırıqların qoyulması vaxtını 3 dəfə azaldıb və SAP Human Capital Management (SAP HCM) sistemində aparılan əməkhaqqının hesablanma dəqiqliyini 50% artırıb. Ən yeni bulud həllərinin tətbiqi Banka əsas effektivlik göstəricilərinin yerinə yetirilməsinə nəzarətlə yanaşı, əməkdaşların səriştələrini qiymətləndirməyə və liderlik keyfiyyətlərini inkişaf etdirməyə imkan verəcək: bir-biri ilə əlaqəli bütün göstəricilər  vahid sistemdə nəzərə alınır. HR şöbəsinin mütəxəssisləri üçün nəzərdə tutulan analitik hesabatlar real vaxt rejimində avtomatik olaraq bir dəqiqədən az bir zamanda yaradılır.

Bankda tapşırıqların bir çoxu kollektivin qarşısında İdarə Heyətinin qəbul etdiyi qərarlara uyğun qoyulduğu üçün birbaşa rəhbərlər sistemdə bütün layihələrin yerinə yetirilmə statusunu, komanda tərkibini izləyir və bütün prosesi operativ şəkildə idarə edir. Bank əməkdaşları öz növbəsində məhsuldarlıqlarını sərbəst şəkildə izləyə və effektivliyin idarə olunması alqoritmlərini tənzimləyə bilir. Hesabat dövrünün yekunlarına görə əməkdaşlar aylıq kompensasiya barədə təfsilatlı forma ilə təmin olunur.

“İşçi heyətin ən yeni bulud həlləri əsasında idarə edilməsi proseslərinin avtomatlaşdırılması PAŞA Bankın fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb, həmçinin Bankın korporativ mədəniyyətində bəzi dəyişikliklərə səbəb olub. Belə ki, əməkdaşlar ümumbank məqsədlərinə nail olmaq üçün daha ahəngdar işləməyə başlayıb, bu isə 2018-2020-ci illər Strateji dövrün çərçivəsində agile-metodologiyasının və rəqəmsal həllərin tətbiqi üzrə planlarımızı çox gözəl əks etdirir. Tapşırıqların daha dəqiq qoyulması və heyətin əsas effektivlik göstəricilərinin təfsilatı ilə hesablanması imkanı Bankda əsas proseslərə müsbət təsir edir və regional miqyaslı qabaqcıl maliyyə institutu kimi PAŞA Bankın mövqelərinin möhkəmləndirilməsinə öz töhfəsini verir”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.

“SAP SuccessFactors həlli mürəkkəb strukturlu böyük kollektivlərdə vahid məqsədlərin qoyulması zəruriliyi ilə əlaqəli tapşırıqlar üçün optimaldır. Ümid edirik ki, PAŞA Bankda bu həllin uğurlu tətbiqi Azərbaycanda digər iri banklar üçün müsbət nümunə olacaq və onlar bulud həlləri vasitəsi ilə həyata keçirilən ən yaxşı dünya təcrübələrinə diqqət yetirəcək”, - deyə Azərbaycanda SAP nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov qeyd edib.

PAŞA Bankın gələcək planlarına SAP SuccessFactors Recruitment-in heyətin seçilməsi və işə götürülməsi, həmçinin SAP SuccessFactors Onboarding-in kadrların təlimi və peşəkar inkişafı üzrə modullar sisteminə inteqrasiya daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment