1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK-də beynəlxalq ekspertlərin iştirakı ilə təlim keçirilib
01.10.2018

Baki, FinanceTime. Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı “Azərbaycanda Effektiv İşəgötürənlər Təşkilatı” mövzusunda keçirilən dörd günlük təlim başa çatıb.

Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Tədris Mərkəzində işəgötürənlərin fəaliyyət proqramları üzrə meneceri   Xorxe İllinqvort və BƏT-in Moskva Bürosunun işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssisi Vladimir Çuroviç tərəfində keçirilən təlim kursunda üzvlüyün inkişaf etdirilməsi, üzvlərə keyfiyyətli və davamlı xidmətlərin təqdim olunması, daxili və xarici kommunikasiyanın səmərəli idarə olunması, daha yaxşı iş mühiti üçün lobbiçilik və üzvlərin hüquqlarının müdafiə edilməsi kimi məsələlər əhatə olunub.

İşəgötürənlər birlikləri və biznes assosiasiyalar üçün nəzərdə tutulan təlimdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyi, Azərbaycan Tikinti Materiallarının İstehsalı və İxracı Assosiasiyası, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi, “Gənc Mühasiblər” İctimai Birliyi, Azərbaycan İdarəetmə Assosiasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

Təlimçinin video müsahibəsini buradan izləyə bilərsiniz. (Titrların ekrana gəlməsi üçün youtube-da lazımi funksiyanı işə salın)


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment