1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Əmək münasibətlərinin rəsmiləşdirilməsi təşviq edilir
26.09.2018

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

Mərkəzin səyyar monitorinq qrupu Bakı və Sumqayıt şəhərlərində, eyni zamanda Abşeron rayonunda tikilməkdə olan çoxmənzilli yaşayış binalarının sifarişçi, podratçı və subpodratçı şirkətləri, eləcə də tikinti ərazisində çalışan işçilər ilə görüşlər keçirir. Bakı şəhərində 182, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində isə 44 tikinti obyektində olmaqla, ümumilikdə 226 tikinti obyektində tikinti fəaliyyəti subyektləri ilə görüşlər təşkil edilib.

Görüşlərin məqsədi işçi və işəgötürənlərin əmək münasibətlərinin rəsmiləşdirilməsinə təşviq edilməsidir. Görüşlər zamanı Mərkəzin fəaliyyəti haqqında, o cümlədən əmək müqavilələrinin sosial və iqtisadi faydaları barədə məlumat verilib. Tikinti fəaliyyəti subyektlərinin əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı sual, şikayət və təklifləri dinlənilib, problemlərlə bağlı həll yolları təklif edilib.

Tikinti obyektlərində səyyar görüşlər vasitəsilə təşviqat işlərinin aparılması əmək müqavilələrinin sayında müşahidə edilən artım dinamikasına təsir edən faktorlardan biridir.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment