1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell tələbələrə aylıq təqaüd verəcək
19.09.2018

Şirkət növbəti Tələbə Təqaüdü Proqramını elan edir

Baki, FinanceTime. İqtisadi baxımdan getdikcə güclənən, bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir. Bunu nəzərə alan “Azercell Telekom” MMC öz sahəsində peşəkar olmaq, gələcək karyerasında uğur qazanmaq istəyən tələbələrə növbəti imkanı yaradır. 

Daima Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən şirkət bu ildə Tələbə Təqaüdü Proqramını elan edir. 18.09.2018 tarixindən etibarən Azercell öz bacarığına və savadına güvənən bütün tələbələri bu proqramdan yararlanmağa çağırır. Tələbələr 18.10.2018 tarixinə qədər şirkətin rəsmi veb səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn şəkildə qəbul edilir. Qeyd edək ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Bundan əlavə bu proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.



Qeyd edək ki, tələbələr tərəfindən böyük maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu günədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment