1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində Komitələrin fəaliyyəti davam etdirilir
18.09.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin nəzdində mövcud olan komitələr məzuniyyətdən sonra yenidən fəaliyyətə başlayıb. Ötən həftə ərzində Hüquq, Həyat və Qeyri-həyat komitələrinin görüşləri baş tutub. Hüquq komitəsinin görüşündə ““Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 11 və 12-ci maddələrində nəzərdə tutulmuş xitam qaydaları dəqiqləşdirilməsi və sığorta marağı ilə bağlı qanunvericilikdə müəyyən olunmuş dairənin genişləndirilməsi” mövzuları müzakirə edilib. Görüşün yekununda xitam qaydaları ilə bağlı təkliflərin hazırlanması göndərilməsi qərara alınıb.

Həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirak etdiyi Həyat komitəsinin görüşündə “Kredit götürən şəxslərin həyat sığortasının icbari olması, hərbi risklərin qaydalar çərçivəsində tənzimlənməsi, ipoteka kreditləri üzrə 11 aylıq sığorta haqqının 3 ayadək azaldılması, həyatın yaşam sığortası üzrə qanunvericilikdə olan dəyişiklik layihəsi” kimi mövzular barədə fikir mübadiləsi aparılıb. Nəticədə “Kredit götürən şəxslərin həyat sığortasının icbariliyi” ilə bağlı hazırlanmış əsaslandırma layihəsi hüquqi tənzimlənmə verilməsi məqsədilə Hüquq komitəsinə göndərilməsi, hərbi risklərin qaydalar çərçivəsində tənzimlənməsi məqsədi ilə isə məsələnin sahə üzrə mütəxəssislərin iştirakı ilə daha geniş müzakirəsi qərarlaşdırılıb.

Qeyri-həyat komitəsində “Sığorta şəhadətnaməsinin sığorta qaydalarından üstünlüyünün mümkünlüyü və könüllü sığorta növləri üzrə tariflərin hesablanmasında statistik məlumatların çatışmazlığı” dair mövzular müzakirə predmeti olub. Komitə üzvləri mövzularla bağlı öz mövqelərini ifadə edib və “Sığorta şəhadətnaməsinin sığorta qaydalarından üstünlüyünün mümkünlüyü” məsələsi hüquqi rəy verilməsi məqsədilə Hüquq komitəsinə təqdim olunub.

Xatırladaq ki, ASA İB-nın nəzdində fəaliyyət göstərən Hüquq, Həyat və Qeyri-həyat komitələri sığorta bazarının problemlərinin müzakirə edilməsi və həllinə nail olunması yolunda mühüm platforma rolunu oynayır. İndiyədək çoxsaylı məsələlərlə bağlı komitə çərçivəsində hazırlanmış təkliflər müvafiq qurumlara göndərilərək həll edilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment