1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018

“Microsoft” Pərakəndə Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək

Mobil texnologiyanın inkişaf etdiyi dünyada “Hərkəs üçün eyni ölçü” alış-veriş təcrübəsi artıq sizin işinizi irəli aparmayacaq.Yeni texnologiya həlləri pərakəndəçilərədəyişən bazarın çətinliklərinı həll etməyə kömək edə bilər, həmçinin müştərilərə onlayn, mobil vasitələr və ya  telefonla fərdi ixtisaslaşmış təcrübə təqdim edə bilər.                                                                                

Baki, FinanceTime. 27 sentyabr 2018-ci il tarixində “Microsoft” şirkəti bütün Şərqi Avropa ölkələrinin nümayəndələrinin bir yerə toplaşacağı Satış və Rəqəmsal Transformasiya üzrə regional Virtual Sammitinə ev sahibliyi edəcək. Tədbir son onilliyin ən aktual mövzusuna toxunacaq:

“Rəqəmsal Transformasiya” - müştərilərin gözləntilərinə necə cavab vermək və fərdi omnikanal yanaşması ilə öhdəliyi və marağı necə artırmaq olar mövzularını

Tədbir zamanı “Microsoft“şirkətinin ekspertləri Rəqəmsal Transformasiyanın kütləvi fərdiləşdirmə, omnikanal təcrübəsi, süni intellect və maşın təlimi kimi bazarınsontendensiyalarını necə formalaşdıracağını müzakirə edəcəklər. Sammitdə biznes müəssisələrin əməliyyatların optimallaşdırılması, müştəri təcrübəsi(sadiqlik proqramı), kütləvi fərdiləşdirmə, tanınma), satış və marketinq (tələbatın proqnozaşdırılması da daxil olmaqla) merçandayzinq(rəflərin idarə olunması, in-store optimallaşdırma)və logistika (anbarın idarə olunması, inventara nəzarət) üçün ən son innovasiyaların necə istifadə edə biləcəyi barədə faydalı məlumatlar veriləcək.

“Bu gün pərakəndəçilər inkişaf etmək üçün daha çox çalşmalıdırlar. Uğur qazanmaq üçün, pərakəndəçilər bizim real və rəqəmsal həyatımızı əhatə edən fərqli və fərdiləşdirilmiş təcrübə yaratmalıdırlar”, -deyəMərkəzi və Şərqi Avropa regionunda “Modern Workplace”-in qrup rəhbəri Maşa Melkova bildirib.

Virtual Sammit Microsoft satış tərəfdaşları və Mərkəzi və Şərqi Avropadan 21 ölkə nümayəndələri üçün açıq olacaq: Sloveniya, Albaniya, Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Kosova, Makedoniya, Ukrayna, Moldova, Estoniya, Litvaniya, Latviya, Gürcüstan, Ermənistan, Azərbaycan, Belarusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan.

Qeydiyyatdan keçmək üçün link-ə daxil olun. Qeyd edək ki, sammitin rəsmi dili İngilis dilidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment