1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab”: Azərbaycanın korporativ sektoru kiberhücumlardan daha yaxşı qorunub
17.09.2018

Baki, FinanceTime.  Azərbaycan korporativ istifadəçilərin veb üzərindən ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır. Cari ilin yanvar-iyul aylarında bu göstərici cəmi 16,1% təşkil edib. Bu barədə “Kaspersky Lab”ın 2018-ci ilin ilk yeddi ayının yekunlarına dair MDB ölkələrində kibertəhdidlər üzrə hazırladığı hesabatda bildirilir.

Hesabat dövründə Tacikistanda korporativ istifadəçilərin 24%-i veb üzrə kiberhücumlara məruz qalib, Qırğızıstanda bu göstərici 23,4%, Belarusda – 23%, Ukraynada – 21,5%, Rusiyada – 19,4%, Ermənistanda – 19%, Qazaxıstanda – 18,9%, Moldovada – 16,7%, Türkmənistanda isə 12,6% təşkil edib.

Göründüyü kimi, Azərbaycan korporativ istifadəçilərin veb üzərindənhücuma məruz qalan ölkələr sırasında doqquzuncu yeri tutur.

“Kaspersky Lab”ın Rusiya və MDB üzrə icraçı direktoru Sergey Zemkovun sözlərinə görə, Azərbaycan üzrə aşağı göstərici ölkədə korporativ istifadəçilərin daha yaxşı qorunduğu barədə xəbər verir. O, onların hazırlıqlarının yüksək səviyyədə olmasını istisna etmir.

“Kaspersky Lab”ın nümayəndəsi hesab edir ki, Azərbaycanda şirkətlər öz təhlükəsizlik səviyyələrinin artırılması üzrə aktiv iş aparırlar, lakin, təəssüflər olsun, fərdi seqmentdə və kiçik və orta sahibkarlıq sahəsində piratçılıq səviyyəsi hələ də yüksəkdir. “Kaspersky Lab”ın statistikası bir qayda olaraq lisenziyalı istifadəçilərdən toplanmış məlumatlar əsasında hazırlanır.

Sergey Zemkov onu da bildirib ki, Azərbaycanın internet bazarı kifayət qədər cəmlənmişdir, burada aktiv veb-təhdidlərə daxili səviyyədə nəzarət etmək imkanı mövcuddur.

“Kiçik ölkələrdə qlobal internet trafikin giriş nöqtələrinin sayı az olması səbəbindən yüksək səviyyəli təhlükəsizliyi təşkil etmək elə də çətin deyil. Məsələn, Türkmənistanda veb-təhdidlər ümumiyyətlə yoxdur, belə ki, bu ölkə qlobal şəbəkədən təcriddir və veb-təhdidlər informasiyanın köçürülməsi şəklində xarici daşıyıcılar vasitəsilə əmələ gəlir”, - deyə Sergey Zemkov bildirib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında lokal təhdidlərin hücumuna məruz qalmış korporativ istifadəçilərin payı Tacikistanda 50%, Türkmənistanda – 46,7%, Qazaxıstanda – 38,2%, Qırğızıstanda – 37,2%, Belarusda – 35%, Azərbaycanda – 29%, Ermənistanda – 27,3%, Rusiyada – 25,3%, Moldovada – 24,1%, Ukraynada isə 22,6% təşkil edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment