1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Silk Way West Airlines” Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır
17.09.2018

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.

Baki, FinanceTime. Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilmişdir. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan etmişdir.

"Biz böyük məmnuniyyətlə Bakı və Çjençjou  arasında aviareyslərin tezliyinin həftədə 4 dəfədən 6 dəfəyədək artırıldığını böyük məmnuniyyətlə bildiririk. Beləliklə, biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq. Biz bu əməkdaşlığın daha da möhkəmlənməsinə şadıq və göstəricilərin daha da artmasını planlaşdırırıq", “Silk Way West Airlines”in prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirmişdir.                                                         

Xenan hökümətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə gələcəkdə iki yük habı arasında reyslərin tezliyini xeyli artırmağa imkan verəcək strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair razılaşma əldə olunmuşdur. 

“Qısa müddət ərzində biz Çjençjouda aparıcı yük aviadaşıyıcılarından biri olmağa nail ola bildik. Biz aviadaşımaların həcminin və reyslərin sayının bundan sonra da artırılmasına çalışırıq. Böyük İpək Yoluna xidmət üçün əsas imkanlarımız nəzərə alınmaqla Çjençjou bizə inkişaf üçün ideal platforma təqdim edir”, Volfqanq Meyer bildirmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment