1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək
14.09.2018

Baki, FinanceTime.  Sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirəcək. Sərgidə Türkiyənin ən məşhur tekstil şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər. Tədbir çərçivəsində Rusiya estradasının məşhur ulduzlarının konsertləri və “party”lər təşkil olunacaq.

“Flame Towers” hotelinin “Balo” zalında keçiriləcək “Dosso Dossi Fashion Show” sərgisində Türkiyənin 40 tekstil şirkətinin nümayiş etdirəcəkləri məhsullar Azərbaycan alıcılarının tələbatına tam cavab verir. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdan satış nümayəndələrini bir araya gətirərəcək.Sentyabrın 16-da qapılarını ziyarətçilərin üzünə açacaq “Dosso Dossi Fashion Show” sərgisində Azərbaycan və qonşu ölkələrdən olan qonaqlar da daxil olmaqla təxminən 4 min nəfərin iştirakı gözlənilir.

Türk tekstil brendlərinin rəngarəng məhsulları stendlərdə nümayiş olunacaq və ziyarətçilərə payız-qış mövsümünə uyğun “Arno”, “Nexx”, “Samsara”, “Gizzly Plus”, “Fimore”, “Phardi”, “Rich Line” və s.brendlərin məhsulları təklif olunacaq. Xüsusi hazırlanmış toxuculuq məhsullarını təqdim edəcək stendlər isə Türkiyə və Azərbaycan toxuculuq sənətinin nümayəndələri üçün əhəmiyyətli bir görüş nöqtəsi olacaq.

“Dosso Dossi Fashion Show” sərgisi çərçivəsində sentyabrın 17-də Bakının məşhur əyləncə meydanı sayılan “Enerji Club”da Rusiya estradasının tanınmış müğənniləri Natan və Anna Sedokova konsert verəcəklər.Sərgi sentyabrın 18-də işinə yekun vuracaq.

“Dosso Dossi”nin baş direktoru Hikmet Eraslan Azərbaycana gəldikləri üçün xoşbəxt olduqlarını söyləyib: “Ötən il “Dosso Dossi”nin moda nümayişi və konsertləri ilə Bakıda bir festival ab-havası yaşadıq. Bu gün biz yenidən Bakıda dostlarımızla birgəyik. Türk və Azərbaycan xalqları arasında bir çox ortaq cəhətlər var. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət – bir millət” konsepsiyasına öz töhfəsini verərək, Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmlədəcək”.

Qeyd edək ki, “Dosso Dossi Fashion Show”da indiyədək Adriana Lima, İzabel Fontana, Miranda Kerr, İrina Şeyk, İzabel Qular, Ana Beatriz Barros, Kendall Cenner, Lindsey Ellinqson və Erin Hiterton kimi modellərlə yanaşı “Qırmızı agent” adı ilə tanınan rusiyal; teleaparıcı Anna Çapman da iştirak edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment