1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir!
13.09.2018

Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər

Baki, FinanceTime. Insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC 7 ildir “Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib. 2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edən, minlərlə ehtiyacı olan insana yardım edən klinikanın həkimləri sentyabrın 14-də Ağdamın Ergi kəndində xəstələri qəbul edəcəklər. Göz xəstəliklərindən əziyyət çəkən insanlar Azercell-in bu unikal layihəsindən yararlana bilərlər. Klinikaya müraciət etməklə insanlar peşəkar oftalmoloqların, mütəxəssislərin müayinəsindən keçib, gözlərin qorunması üçün zəruri məsləhətlər almaq imkanı əldə edəcəklər. Ehtiyac olan təqdirdə xəstələrə eynək reseptləri də yazılacaq.




Respublika miqyaslı bu təşəbbüs Ağdamda da valideyn himayəsindən məhrum olan uşaqları,həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi iləXəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində təkcə ötən ildən etibarən “Mobil Göz Klinkası”nda ümumilikdə 2300-ə yaxın şəxs müayinədən keçib.

Qeyd edək ki,fəaliyyət göstərdiyi 22 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə müxtəlif sosial layihələrin həyata keçirilməsinə, sahibkarlığın, insan qaynaqlarının inkişafına 1996-2017-ci illər ərzində 18 milyon 718 min 649,12 ABŞ dolları həcmində vəsait sərf edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment