1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” sistemi Azərbaycan iqtisadiyyatında hansı yeri tutur?
07.09.2018

“Coca-Cola” şirkəti 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafına “Coca-Cola” sisteminin verdiyi töhfəsini qiymətləndirən tədqiqatın nəticələrinə həsr olunmuş mətbuat-konfransı keçirib. Sözügedən tədqiqat 2018-ci ildə “JR Consulting” müstəqil analitik şirkəti tərəfindən aparılıb.

Baki, FinanceTime. Standart korporativ hesabatlardan fərqli olaraq, tədqiqat “Coca-Cola” sisteminin Azərbaycandakı fəaliyyətinin ölkənin iqtisadi və sosial inkişafına konkret təsirini nümayiş etdirir.

“Azerbaijan Coca-Cola Bottlers” şirkıtinin baş direktoru Erdinc Güzel bildirib ki, 2017-ci ilin sonunadək şirkət tərəfindən Azərbaycanın milli iqtisadiyyatına 275 mln. manat məbləğində investisiya yatırılıb, dövlət büdcəsinə isə 253 mln. manat məbləğində vergi ödənilib. Bununla belə, “Coca-Cola” sistemi öz istehsalatı hesabına həm birbaşa, həm də bütün ölkə üzrə təchizatçı və istehlakçıların geniş şəbəkəsini dəstəkləyərək dolayısı ilə Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradır.

Tədqiqat zamanı ekspertlər “Coca-Cola” sisteminin öz istehsalatı hesabına həm birbaşa olaraq, həm də bütün ölkə üzrə geniş təchizatçı və istehlakçılar şəbəkəsini dəstəkləyərək dolayısı ilə Azərbaycanın ÜDM-nə nə cür təsir etdiyini təhlil ediblər.

Tədqiqatın nəticələrinə həsr olunmuş mətbuat konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov tədqiqatın əhəmiyyətini qeyd edib və “Coca-Cola” kimi qlobal investorların azad və effektiv fəaliyyətinin vacibliyini vurğulayıb.

Tədqiqatın əsas nəticələri:

“Coca-Cola”nın 2014-cü ildə Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 103,2 mln. manat təşkil edib

“Coca-Cola Azerbaijan”nın 2014-cü ildə ölkə iqtisadiyyatına yatırdığı vəsaitin həcmi 103,2 mln. manata çatıb. Bu, ÜDM-in 0,18%-ni və qeyri-neft ÜDM-nin 0,31%-ni təşkil edib. ÜDM-in 43,7 mln. manatı birbaşa (“Coca-Cola”nın fəaliyyəti nəticəsində), 30,4 mln. manatı isə dolayısı ilə (təchizatçılar sayəsində), 29,1 mln. manat isə şərtli səviyyədə əldə olunub.

İri vergi ödəyicisi

“Coca-Cola Azerbaijan”ın 2014-cü ildə ölkədəki fəaliyyəti nəticəsində 37,2 mln manatlıq vergi və sosial ödənişlərin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da büdcəyə köçürülən bütün vergi ödənişlərinin 0,52%-ni təşkil edib. Bu məbləğin 16,3 mln. manatı birbaşa olaraq “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən, 12,1 mln. manatı təchizatçılar tərəfindən,8,9 mln. manatı isə üçüncü şəxslər tərəfindən ödənilib.

“Coca-Cola” sistemində 1 yeni iş yeri Azərbaycan iqtisadiyyatında daha 15 iş yerinə dəstək verir

2014-cü ildə “Coca-Cola” sistemində 419 nəfər insan çalışıb. Dolayısı və şərtləşdirilmiş səviyyələrdə isə işçilərin sayı 5 167 nəfər olub. Bu, o deməkdir ki, ümumiyyətlə, şirkətin müxtəlif səviyyədə fəaliyyəti nəticəsində 5 586 nəfər işlə təmin olunub. Bundan başqa, “Azerbaijan Coca-Cola Bottlers” sistemində yaradılmış bir iş yeri ölkə iqtisadiyyatında daha 15 iş yerini dəstəkləyir.

Azərbaycanın içki bazarının əsas iştirakçısı

2014-cü ildə “Coca-Cola”nın işçilərinin sayı içki istehsalatı seqmentində ümumi əməkdaşların cəmi 7%-ni təşkil etməsinə baxmayaraq, ümumi istehsalın 46,3%-i (alkoqolsuz və sərinləşdirici içkilər daxil) və ÜDM-in 48,5%-i “Coca-Cola” sisteminin illik fəaliyyətinin nəticələri olub. Bundan başqa, “Coca-Cola” tərəfindən dövlət büdcəsinə ödənilən gəlir vergisinin payı 58,1%, mənfəət vergisinin payı 30,6%, sosial təminat üzrə verginin payı isə 48,2% təşkil edib.

Sosial inkişafa verilən töhfə

İri sosial layihələrin icrası “Coca-Cola”nın Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən biridir. “Coca-Cola” şirkəti mənfəətinin əhəmiyyətli hissəsini sosial təşəbbüslərə yönəldərək dünyada davamlı inkişafın hər üç istiqamətini dəstəkləyir və töhfə verir: ekoloji rifah, qadın sahibkarlığının və gənclərin inkişafı. Son 7 il ərzində “Coca-Cola” Azərbaycanda müxtəlif ekoloji və sosial layihələrə ümumi olaraq təqribən 2,6 mln. ABŞ dolları vəsait yatırıb ki, bunun nəticəsində təxminən 1,3 mln.ölkə vətəndaşı sözügedən layihələrdə iştirak edib.

 

“Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend və 3900-dən çox içki növü istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 21 brend daxildir ki, onlardan 19-u az kalorili və kalorisiz seçimlərdə mövcuddur. Brendlər sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “Gold Pea” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyasırealizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini: www.thecoca-colacompany.com, Twitter səhifəsini: twitter.com/CocaColaCo, “Coca-Cola Unbottled” blogunu: www.coca-colablog.com və ya Linkedin səhifəsini www.linkedin.com/company/the-coca-cola-company ziyarət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment