1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta” şirkətinin Sumqayıt nümayəndəliyinin rəhbəri İlqar Zülfüqarovun müsahibəsi
05.09.2018

İlqar Zülfüqarov: “dəyəri 1 mln. manat olan bir neçə avtomobili...” – MÜSAHİBƏ

“Qala Sığorta” şirkətinin Sumqayıt nümayəndəliyinin rəhbəri İlqar Zülfüqarovun müsahibəsi

İlqar müəllim, özünüz haqqında qısa məlumat verərdiniz.

Sumqayıt şəhərində anadan olmusam,42 yaşım var.1993-cü ildəAzərbaycan Sənaye İnstitutuna qəbul olmuşam, 1997-ci ildəbakalavr dərəcəsi ilə həmin istitutubitirmişəm.Peşəkar işfəaliyyətimə 1997-ci ildən başlamışam. Hazırda “Qala Sığorta” şirkətinin Sumqayıt nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıram.  

Nə üçünsığorta sahəsini seçdiniz? Neçə ildir bu sahədə fəaliyyət göstərirsiniz?

Fikrimcə, insan istədiyi sahələrdə öz potensialını hesablamağı və onu yönəltməyi bacarmalıdır. Yəni bir insanın hansısa bir bacarıq və bu bacarığı həyata keçirə biləcək bir sahəsi varsa, onu tapmağı bacarmalıdır. Məndə özüm üçün bu paliqonu, yəni sığorta sahəsini seçdim. Sığorta sahəsində ünsiyyət çox vacib faktorlardan sayılır. Mən də özümdə olan bu ünsiyyət, dialoqu, polemikanı, insanlarla münasibəti düzgün qurmaq bacarığımı və bunu sığorta sahəsində istifadə edəcəyimi bacaracağımı anladım. Geridə qalan isə sığorta sahəsində başqa vacib nüansları mənimsəmək oldu. Sığorta sahəsində satış mütəxəssisi olaraq artıq 14 ildir ki fəaliyyət göstəririəm.

Sığorta sizin nə deməkdir?

Sığorta mənim üçün həyat tərzimin bir hissəsinə çevrilmiş bir sahədir. Yəni bir insan iş fəaliyyətini hansısa bir müəyyən iş saatında keçirib onu başa çatdırırsa, mənim üçün bu vaxt məhdudiyyəti yoxdur.Bu fəaliyyət günün24 saatı ərzində də davam edə bilər.

Ən maraqlısı isə bu fəaliyyət sektoru çox geniş və dinamikdir. Sığorta mənim üçün hədəf,maraq, ünsiyyət, yeni tanışlıq, motivasiya,prespektiv, dinamika və ən əsası da həyat tərzimi müəyyənləşdirən bir sahədir.

Rəqabətlilik baxımından fəaliyyətinizə təsir göstərən sığorta şirkətləri olubmu?

Ümumiyyətlə, bazar iqtisadiyyatı inkisaf edən ölkələrdə rəqabət həmişə aparıcı amillərdən biri sayılıb. Bu baxımdan da hər bir şirkətin, biznesin inkişafı rəqabətsiz mümkün deyil.Sığorta sahəsində də bu rəqabət özünü göstərməkdədir. Amma mənim üçün müqayisə olunan rəqib şirkət mövcud deyil. Daha doğrusu,hər bir sığorta əməkdaşının öz hədəfi olmalıdır. Bu hədəfə çatmaq üçün işlədiyi şirkətə rəqib bir şirkət maneə kimi görünməməlidir.

Zənnimcə, satış etdiyin sığorta məhsulunu ən yaxşı olduğunu və bunu müstəriyə aşılamağına mane olan rəqib şirkət və onları rəqib kimi görmək peşəkarlıqdan uzaq və hədəfə mane olan bir tezisdir.

Fəaliyyətiniz dövründə ən iri satışınız, yəni şirkətə cəlb etdiyiniz ən iri sığorta məbləği hansı növ üzrə olub?

Fəaliyyətim dövründə kasko sığortası üzrə ümumi dəyəri 1 mln. manat həcmində olan bir neçə avtomobilin sığortasını realizə edilməsi yadımda qalıb. Realizə etdiyim sığorta isə “Kasko Sığortası” növü olmuşdur.

Könüllü sığorta məhsullarını satarkən müştəriləri necə inandırırsınız?

Könüllü sığorta məhsulunu təqdim etmək üçün əsas məhsul haqqında ətraflı məlumat vermək və onun müştəriyə gətirə biləcək xeyirini və faydasını ona aşılamağı və izah etməyibacarmaq lazımdır. Əvvəlcə qarşı tərəfdə bu sığortaya təlabatın olduğunu məntiqi informasiyalarla inandırmaq lazımdır. Və sonda öz ünsiyyət qabiliyyətinizdə qeyd etdiyim nüansları da əlava etsəniz könüllü sığorta məhsulunu realizə etməyi, məhsulu satmağı bacarmaq olar.

Cəlb etdiyinizmüştərilər sırasında ən maraqlı hadisələri ilə yadda qalanını danışa bilərsiniz?

Əlbəttə, belə bir maraqlı sığorta hadisəsi olub. Sərgidə çox təsadüfən bir müştərinin kamera quraşdıran şirkətin meneceri ilə ünsiyyətinin şahidi oldum.Müstəri evinə quraşdırıcaq kameralarla maraqlanırdı. Kameraların oğurluq hadisələrinin qarşısını alacağını ona anlatan menecerin söhbətini eşitdim. Söhbətləri qurtarandan sonra müştəriyə yaxınlaşıb mən dəonunla ünsiyyət qurdum.

Sonda ona belə bir sual verdim. Əgər evinizə oğru girərsə, sizcə o oğurluq etməklədaha çox zərər vurar, yoxsa yanğın törətmək nəticəsində?Müştəri gülərək dedi ki, əlbəttə yanğın nəticəsində dəymiş zərər daha çox olar. Həmin an mən ona sığortaçı olduğumu anlatdım və bir müddət sonra onun əmlakını sığortaladım.

İlqar müəllim, müsahibə üçün təşəkkür edirik .

Çox sağ olun!

 

Qeyd edək ki, “Qala Sığorta” şirkətinin nümayəndəlik rəhbərləri ilə təşkil olunan müsahibələr FED.az saytı ilə “Qala Sığorta” şirkəıtinin birgə layihəsi çərçivəsində həyata keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment