1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı
04.09.2018

Baki, FinanceTime. Biləsuvar rayonun 7 saylı orta məktəbində keçiriləcək “İKT üzrə yay düşərgəsi”nə sənəd qəbulu başa çatdı. Sentyabrın 5-dən başlayacaq təlimlərdə iştirak hüququ qazanmaq üçün ümumilikdə 315 şagird imtahanlarda iştirak edib.

Sentyabrın 5-də imtahanda iştirak edən şagirdlər arasından, 3 yaş qrupu üzrə 45 şagird Tədris düşərgəsinə (Bootcamp) seçilib. “İKT üzrə yay düşərgəsi” nə qəbul olan məktəblilər 10 gün ərzində, kompüter kodlaşdırmasının əsaslarını öyrənməklə yanaşı,sosial bacarıqlarını vəliderlikqabiliyyətlərinidəinkişafetdirəcəklər.

Tədris düşərgəsində dərs deyəcək təlimçilər ölkənin qabaqcıl tədris müəssisələrindən olan “Code Academy”nin peşəkar müəllimləri arasından seçilib.

Tədris düşərgəsinə seçilmiş VII-IX sinif şagirdləri intensiv kodlaşdırma dərsləri alacaqlar. HTML, “Scratch” və “Python” kimi proqramlaşdırma dillərinin tədris edildiyi düşərgəni fərqlənmə ilə bitirən məktəblilər kompüter və mobil telefon kimi dəyərli hədiyyələr qazanacaq. Ən əsası isə, bilikləri ilə fərqlənən şagirdlər “Code Academy”-də təhsil almaq imkanı əldə edəcəklər. Tədris düşərgəsi həmçinin iştirakçı şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini, onların sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.

Məktəblilərdə elmə və təhsilə həvəs yaratmaq və onların nəzəri və təcrübi biliklər qazanmasını qarşısına hədəf qoyan “İKT üzrə yay düşərgəsi”ndə iştirak etmək ödənişsizdir. Bu layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment