1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


HR Forum keçiriləcək
30.08.2018

Baki, FinanceTime.  Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan İnsan Resursları Cəmiyyəti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), ADA Universitetinin dəstəyi ilə “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda HR Forum keçiriləcəkdir.

Forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan verməkdir.

Forum 15 sentyabr 2018-ci il tarixində ADA Universitetində baş tutacaqdır. Qeydiyyat saat 09:30-dan etibarən başlayır.

Bir sıra fərqli təşkilatlarda fəaliyyət göstərən HR menecerlər, HR mütəxəssislər, HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər, məsləhətçilər və HR sahəsində ixtisaslaşmaq istəyən vətəndaşları bir araya gətirən Forumda bu sahədə ən qabaqcıl Azərbaycan təcrübələrinin müzakirə edilməsi nəzərdə tutulur.

2 paneldən ibarət olacaq Forumda iştirak etmək üçün keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment