1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah Həyat” SŞ iri sığorta ödənişləri həyata keçirib
28.08.2018

Baki, FinanceTime.  Azərbaycan sığorta bazarının liderlərindən biri “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2018-ci ilin birinci yarimilliyi ərzindəİpoteka həyat sığortası və İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə bir sıra iri ödənişlər həyata keçirib.

Belə ki, ipoteka həyat sığortası üzrə sığorta olunan şəxs arteriyaların emboliyası və trombozu səbəbilə vəfat etmiş, nəticədəhəminşəxsin ipoteka krediti üzrə 20 967 AZN məbləğində sığorta ödənişi “Atəşgah Həyat” SŞ tərəfindən həyata keçirilmişdir. İpoteka krediti üzrə həyat sığortası olan digər şəxsə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə birinci dərəcəli əlillik təyin edilməsi səbəbindən şirkət sığorta olunana ipoteka krediti üzrə 26 917 AZN ödəniş etmişdir.

Bundan əlavə, eyni dövr ərzində istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortalanan elektrik mühəndisinin elektrik xətlərinin təmiri zamanı cərəyan vurması nəticəsində vəfatı hadisəsinə görə faydalanan şəxslərə ümumilikdə 41 784 AZN məbləğində sığorta ödənişi edilmişdir. Şirkət həmçinin tikintidə çalışan və istehsalat qəzası nəticəsində vəfat etmiş şəxsin faydalanan şəxslərinə 12 130 AZN ödəniş etmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment