1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Əlavə faiz varsa, BirKart 2 qat geri ödəyir
27.08.2018

Baki, FinanceTime.  Kapital Bank, BirKart sahibləri üçün növbəti kampaniyanı təqdim edir. “2 qat kampaniya”nın şərtlərinə görə BirKart partnyorlarından taksitlə alış-veriş edən zaman müştəridən hər hansı bir faiz və ya komissiya tutulsa, bank onun iki qatını müştəriyə geri qaytaracaq.

Əgər müştəri belə halla rastlaşarsa, 196 Sorğu Mərkəzinə və ya www.birkart.az/online-order/suggestion saytına müraciət etməlidir. Müraciət7 iş günü ərzində Bank tərəfindən araşdırıldıqdan sonra artıq ödənilən məbləğ, maksimum 3 iş günü ərzindəmüştərinin BirKart hesabına qaytarılacaq. 10 sentyabr 2018-ci il tarixinədək davam edən aksiyanın məqsədi, BirKart-ın partnyor şəbəkəsində həqiqətən heç bir komissiyanın və ya faizin olmamasını göstərməkdir.

Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment