1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir
17.08.2018

Baki, FinanceTime.   Müxtəlif sosial aksiyaların təşəbbüskarı və dəstəkçisi “Azercell Telekom” MMC-nin həyata keçirdiyi unikal layihələrindən olan “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” isti yay aylarında da fəaliyyətini davam etdirib. Mütəmadi olaraq uşaq və ahıllar evlərinə səfər edən “Mobil Diş Klinikası”nın həkimləri iyul ayında Zabrat qəsəbəsində sosial sığınacaqda məskunlaşan 18 uşağın dişini müayinə və müalicə ediblər. Uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönələn Azercell-in ən müasir tibbi avadanlıqla təchiz edilmiş “Mobil Diş Klinikası”,demək olar ki, ölkəmizin bütün bölgələrində təcili qayğıya ehtiyacı olan insanlara pulsuz tibbi yardımını davam etdirməyi planlaşdırır.

2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” da Azercell-in uğurlu layihələrindəndir. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri də əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqların, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. İyul ayında Klinikanın həkimləri tərəfindən “Qızıl Aypara Cəmiyyəti”nin təşkilatçılığı ilə 42 kimsəsiz və aztəminatlı şəxs müayinə və müalicə edilib. “Duyğu" Sosial Reabilitasiya İctimai Birliyində isə 35 uşaq klinikanın pulsuz yardımından yararlanıb, ehtiyacı olanlar pulsuz eynəklərlə təmin olunub.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində təkcə ötən ildən etibarən ümumilikdə “Mobil Göz Klinkası”nda 1500-dən artıq şəxs müayinədən keçib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment