1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Barama mərkəzi yeni inkubasiya proqramını elan edir
13.08.2018

Şəxsi biznesini qurmaq istəyənlər üçün əla fürsət!

Baki, FinanceTime.  “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi öz innovativ ideyalarını biznesə çevirmək istəyənlər üçün xüsusi hazırlanmış növbəti, 3-cü inkubasiya proqramını elan edir. “Barama İnkubasiya Proqramı 2018” Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilir, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.“Barama İnkubasiya Proqramı 2018”də iştirak etmək üçün www.bit.ly/incubation3 linkinə daxil olaraq5 sentyabr tarixinə qədər onlayn qaydadamüraciət formunu doldurmaqla qeydiyyatdan keçmək lazımdır. İnkubasiya proqramına seçim 2 mərhələdən ibarət olacaq.

Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr Barama mərkəzi tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes planları ilə birgə əyani şəkildə təqdim edəcəklər. Sonda seçim prosesini uğurla başa vurmuş 5 komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlukonfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq.

Tələblər və qaydalarla
www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment