1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular
13.08.2018

Baki, FinanceTime. Gənclərin inkişafına və təhsilə böyük önəm verən Kapital Bank,“Dərs evi” yay proqramının iştirakçıları üçün bankın İnsan Kapitalı Mərkəzində təlimlər təşkil edib. Proqram çərçivəsində 8-11-ci sinif şagirdləri biliklərini möhkəmləndirməklə yanaşı, həm də gələcək peşələri və əmək bazarında olan iri bankla tanış olublar.

Görüş zamanı Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova şagirdləri salamlayaraq, onlara proqramı uğurla bitirməyi arzulayıb. Təlim və İnkişaf şöbəsinin hazırladığı təlim proqramı zamanı, şagirdlərə Azərbaycanın bank sistemi, bankların iqtisadiyyatda rolu, bankda aparılan əməliyyatlar, ön ofis və arxa ofis haqqında məlumatlar verilib vəonların sualları cavablandırılıb.

Layihə çərçivəsində həmçinin iş sahəsi ilə vizual tanışlıq məqsədilə bankın filialına info-tur təşkil edilib və şagirdlərfilial şəbəkəsinin fəaliyyət sahələri üzrə məlumatlar verilib.

Qeyd edək ki, Kapital Bank daim gənclərlə bağlı olan təhsil və karyera layihələrinə böyük diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment