Azərbaycan Beynəlxalq Bankının “Kitabı dinlə”sosial layihəsinin ilk kitabları səsləndirildi - Biznes portal Finance Time






   

 

1 USD 1.7000   1 EUR 1.9383   1 AED 0.4628   1 ARS 0.0568   1 AUD 1.2363   1 BRL 0.4377   1 BYN 0.8233   1 CAD 1.2960   1 CHF 1.7097   100 CLP 0.2571   1 CNY 0.2469   1 CZK 0.0753   1 DKK 0.2600   1 EGP 0.0950   1 GBP 2.1703   1 GEL 0.6545   1 HKD 0.2166   100 IDR 0.0116   1 ILS 0.4602   1 INR 0.0243   100 IRR 0.0040   100 JPY 1.5339   1 KGS 0.0249   100 KRW 0.1504   1 KWD 5.6031   1 KZT 0.0047   100 LBP 0.1122   1 MDL 0.1026   1 MXN 0.0891   1 MYR 0.4151   1 NOK 0.2031   1 NZD 1.1219   1 PLN 0.4507   1 RUB 0.0251   1 SAR 0.4533   1 SDR 2.3589   1 SEK 0.1864   1 SGD 1.2369   1 TJS 0.1805   1 TMT 0.4857   1 TRY 0.2459   1 TWD 0.0552   1 UAH 0.0621   100 UZS 0.0216   1 XAG 25.5873   1 XAU 2031.9165   1 XPD 1515.6350   1 XPT 1360.1105   1 ZAR 0.1187   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Banklar


Azərbaycan Beynəlxalq Bankının “Kitabı dinlə”sosial layihəsinin ilk kitabları səsləndirildi
08.08.2018

Azərbaycan Beynəlxalq Bankının 21 Fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində start verdiyi “Kitabı dinlə” sosial layihəsi çərçivəsində ilk kitabların səsləndirilməsi başa çatdırılıb. Audio formatında hazırlanmış əsərlər məxsusi olaraq bu layihə üçün yaradılmış www.kitabidinle.az portalına yerləşdirilib. Bunlar Cəlil Məmmədquluzadənin “Hekayələr”i, Sədi Şirazinin “Gülüstan” əsəri, Andre Moruanın “Yad qadına məktublar” romanı və “Çərşənbə gününün bənövşələri” hekayəsidir. İndi hər bir internet istifadəçisi əsərləri bu portalda onlayn dinləyə, yaxud kitabın faylını yükləyə bilər.

Layihəyə xüsusi dəyər qatan əsas məqamlardan biri isə, təbii ki, kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir. İlk mərhələdə kitabları üç iştirakçı - Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov səsləndirib. Bank bu ideyanın reallaşmasına verdikləri dəstəyə görə “Kitabı dinlə” layihəsinin səslərini mükafatlandırıb.

İştirakçılardan Sevda Səfərəliyeva fiziki məhdudiyyətli insanlarla bağlı indiyə qədər də müxtəlif sosial proqramlarda iştirakçı olduğunu, səsli kitablarla bağlı belə bir layihəyə isə ilk dəfədir ki, qatıldığını deyib:“Azərbaycan Beynəlxalq Bankının bununla bağlı elanını görəndə tərəddüdsüz müraciət etdim. Düşünəndə ki, oxuduğum hekayələri kimlərsə dinləyəcək, səsimlə oxunmuş hekayələr on illər qalacaq, bu, adamda xoş hisslər yaradır”.

Orxan Adıgözəl isə çoxdankı arzusununreallaşmasına dəstək olduğuna görə Azərbaycan Beynəlxalq Bankına təşəkkürünü bildirib: “Andre Moruanın “Yad qadına məktublar” əsərini özüm bir müddət əvvəl oxumuşdum. Kitabı bitirdikdən sonra bu məktubları hər kəsin oxumasını arzulayırdım. “Kitabı dinlə” layihəsinə qatılarkən məhz “Yad qadına məktublar”ı oxumaq istəyimi bildirdim. Təşkilatçılara minnətdaram ki, arzumu nəzərə aldılar. Azərbaycan dinləyiciləri indi mənim səsimdə bu kitabla tanış ola biləcəklər. Mənim üçün bunun mənəvi dəyəri çox böyükdür”.

Murad Məmmədov da“Kitabı dinlə” layihəsininonun üçün yeni bir təcrübə olduğunu deyib: “Gülüstan” əsərinin mətnində əsərin yazıldığı dövrə aid arxaik sözlər çoxdur. Bu da onun oxunmasını bir qədər çətinləşdirirdi. Amma bütün hallarda bacardım.Sevinirəm ki, belə faydalı layihənin bir parçası oldum”.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova isə layihənin məqsədləri barədə danışıb: “Belə bir layihəni reallaşdırmaqda məqsədimiz qloballaşma şəraitində ana dilimizin inkişafına töhfə vermək, Azərbaycan dilində elektron resursların çoxalmasına kömək göstərmək, eyni zamanda fiziki məhdudiyyətli soydaşlarımızın cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaqdır”. Onun sözlərinə görə “Kitabı dinlə” layihəsi yeni iştirakçılarla bundan sonra da davam etdiriləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 





20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri

13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment