1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı
06.08.2018

Baki, FinanceTime.   “EcoboxCollection and Recycling” MMC Azərbaycanın aparıcı telekommunikasiya şirkəti “Azercell Telekom”-un dəstəyilə yeni ekoloji layihəsinə start verdi. Layihə çərçivəsində cari tarixdən etibarən Bakı şəhərinin bir çox supermarketləri əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları, fandomatlarla təchiz olunub. “EcoboxCollection and Recycling” MMC-in direktoru Hacıağa Quliyevin qeyd etdiyi kimi, adıçəkilən layihəni ruhlandıran əsas məqam prezident İlham Əliyevin ətraf mühit problemlərinə həsr edilmiş konfrans zamanı çıxışı olmuşdur: “Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur. Məhz bu səbəbdən ətraf mühitin qorunmasına və tullantıların azaldılmasına xüsusi diqqət verilməlidir”. 

Quraşdırılan fandomatlar bir çox tərəflər üçün üstünlüklər vəd edirlər. Azercell Fakturasız xətt (SimSim) abunəçisi plastik və alüminium qabları fandomata daxil etdikdən sonra üzərində unikal şifrə olan qəbz əldə edəcək. Şifrə 9639 qısa nömrəsinə göndərildikdə abunəçi hədiyyə dəqiqələri qazanacaq.Böyük ölçülü fandomatlarda hədiyyə dəqiqələri nömrəyə birbaşa olaraq yüklənə bilər. Ən əsası isə, abunəçilər üçün hədiyyə dəqiqələrinin alınmasına məhdudiyyət yoxdur.Yüklənmiş dəqiqələr 30 gün ərzində istifadə oluna bilər və şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. İkincisi, bu Bakı şəhərində plastik və alüminium tullantılarının azalması və gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət də deməkdir. Qəbz üzərində göstərilən məbləğ alış-veriş üçün və ya xeyriyyə məqsədlərinə ianə edilə bilər.

Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: “Azercell həmişə texnoloji tərəqqini dəstəkləyib, yeni texnologiyaların bəxş etdiyi rahatlığa xüsusi dəyər verib. Eyni zamanda, bir Azərbaycan şirkəti olaraq biz, ictimai cavabdehliyə və Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına inanırıq, bu işdə əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, layihə ölkədə ekoloji vəziyyətə müsbət təsir göstərəcək. Eyni zamanda da, müştərilərimizin əlavə üstünlüklər əldə etməsi çox müsbət bir haldır”.

Sosial fəaliyyət istiqamətlərinin önəmli sahələrindən biri ətraf mühitə və cəmiyyətə qayğı olan Azercell Telekom bundan öncə də özündə həm texnoloji həlləri, həm də ekoloji əhəmiyyəti birləşdirən layihələr həyata keçirmişdir. Şirkət ölkədə ilk dəfə olaraq alternativ enerji ilə çalışan, ətraf mühit üçün faydalı “yaşıl” radio baza stansiyasını quraşdırmış, həmçinin, gündəlik təbii resurs sərfini hesablamağa imkan verən “Karbon kalkulyatoru” layihəsini həyata keçirmişdir.      


Fandomat cihazlarının yerləşdiyi hipermarketlər, kampaniya qaydaları və s. suallar ilə bağlı abunəçilər 
www.ecobox.azsaytı vasitəsilə daha ətraflı məlumat əldə edə bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment