1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Barama Graduation Ceremony” tədbiri baş tutub
06.08.2018

Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb

Baki, FinanceTime.   “Azercell Telekom” MMC tərəfindən ölkəmizdə sahibkarlığın və innovasiya mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində“Barama Graduation Ceremony” tədbiri baş tutub. Bu, Barama Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi olub. Tədbir çərçivəsində artıq məzun olan, eləcə də mərkəzdə fəaliyyətini davam etdirəcək startaplar iştirak edib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin fəaliyyətindən və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz açaraq,9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Tədbirdə proqramı uğurla başa vurmuş startapın adı açıqlanıb. Belə ki, “Barama İnkubasiya Proqramı”nı keçərək bugün məzun olan və uğurlu şirkətə çevrilən “Technote Media” şirkəti ən uğurlu startap seçilib. “Technote Media" Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. Barama Mərkəzində fəaliyyət göstərən zaman bir çox uğurlara imza atan və ölkəmizi Web Summit, The Next WEB, Cannes Lions və s. kimi texnologiya sahəsində keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media qurumu olub.

Məzun olan digər startaplar arasında müştərilərinə yerli istehsal hesabına hazırlanmış GPS izləmə cihazları və sistemi təklif edən “Automaks”, istifadəçilərə reklama baxmaqla pul qazanmaq, şirkətlərə isə reklam strategiyalarını daha effektiv həyata keçirməyə imkan verən, effektivliyi təmin etmək üçün müxtəlif texnologiyalardan istifadə edən mobil tətbiqin hazırlanmasını nəzərdə tutan “BonAdve”, elektron qan donorluğu platformasını hazırlayaraq qana ehtiyacı olan xəstələrin sürətli və effektiv formada donor tapmasını təmin edən “e-Donor”, istifadəçilərinə müəyyən büdcə daxilində səyahət planlaması imkanı yaradan “Tripparo” və sürücülərin sükan arxasında yuxulayaraq qəza şəraiti yaratmasının qarşısını alan innovativ eynəyin hazırlanmasını əhatə edən, həmçinin Azərbaycanı Seedstars 2017 qlobal startap müsabiqəsində təmsil edən “WakeMeUp” startapları olub.

Tədbirdə Baramada fəaliyyət göstərən və artıq məzun olan startaplar mərkəzin onların inkişafında müstəsna xidmətlərindən söz açaraqgənclərin öz innovativ fikirlərini həyata keçirməsi və uğur qazanmasıüçün lazım olan vəsait, resurs və biliklərlə təmin olunduqlarını vurğulayıblar. Mərasimin sonunda startaplara sertifikatlar və Azercell tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan biznes mühitində innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə dəstək olmaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment