1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab”: Mürəkkəb münaqişələrə görə Azərbaycan bankları kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayıblar
02.08.2018

Baki, FinanceTime. Ən mürəkkəb müdafiə sistemləri maliyyə təşkilatları, həmçinin, sənaye və telekommunikasiya kimisahələrində kritik infrastruktur obyektlərində istifadə olunmalıdır. Bunu “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.

Onun sözlərinə görə, maliyyə təşkilatları digərlərindən fərqli olaraq daha çox hücuma məruz qalırlar, məhz ona görə onların ixtisaslaşdırılmış müdafiəyə daha çox ehtiyacları var. Kibertəhlükəsizliyin adaptiv strategiyası şirkətlərin etibarlı müdafiəsini təmin edəcək. Bu anlayış məqsədli hücumların müəyyənləşdirilməsini; iş yerləri, bankomat və terminalların müdafiəsini; bulud mühitlərinin kibertəhlükəsizliyini; təcrid edilmiş şəbəkələrə olan təhdidlərin analitikasını; fırıldaqçılıqdan müdafiəni və əməkdaşların təlimini özündə birləşdirir.

“Biz ölkənin bank sektoruna olan bir sıra hücumun araşdırmasında və dəfetməsində iştirak etmişik. Əksər hallarda məhz mürəkkəb münaqişələr səbəbindən Azərbaycan bankları özlərinin kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayır, kompüterlərin müdafiəsi üzrə ən son həllərlə yanaşı, məqsədli hücumlardan “Kaspersky Anti Targeted Attack Platform” kimi kompleksli metodları tətbiq edirlər”, - deyə Müşviq Məmmədov bildirib.

Bundan başqa, son zamanlar əməkdaşlarının informasiya təhlükəsizliyi ilə bağlı davranış qaydalarının öyrənilməsi məsələsinə ciddi yanaşan yalnız maliyyə təşkilatları deyil: “Bu prosesdə bir çoxlarına şirkət əməkdaşlarının biliyini yoxlamaq üçün test qaydasında fişinq hücumları təşkil edən “Kaspersky Lab”ın həlləri kömək edir. Sözügedən prosedur oyun formasındadır, məhz buna görə dərin kompüter biliklərinə malik olmayan əməkdaşlar belə kibertəhlükəsizliyin nə olduğunu, onun əhəmiyyətini, özünü və işlədiyi şirkəti nə cür müdafiə etməyi asanlıqla anlayır. Əməkdaşlar tərəfindən onların ofisə gəldikdə kompüteri qoşan zaman üzərlərinə düşən məsuliyyətin dərk edilməsi olduqca vacibdir”.

“Kaspersky Anti Targeted Attack Platform” həlli – mürəkkəb təhdidlərin proaktiv müəyyənləşdirilməsi və kiberhücum risklərinin və onların dağıdıcı təsirinin nəticələrini minimuma endirilməsi üçün nəzərdə tutlmuş innovasiya platformasıdır. Maşın təliminin yeni texnologiyalarından və bulud infrastrukturundan təhdidlər barədə əldə olunan ən aktual məlumatlardan istifadə edərək sözügedən həll şirkətlərə etibardan salınmış sistemləri, məqsədli hücumları və mürəkkəb təhdidləri vaxtında müəyyənləşdirməyə kömək edir və qoruyur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment