1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirilmişdir
27.07.2018

Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar cari ilin birinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə tədbirləritəşkil etmişdir.

Bu müddət ərzində Mərkəzi Bankda Azərbaydan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin bank işi və maliyyə üzrə bakalavr və magistr pilləsində təhsil alan bir qrup tələbəsinə maarifləndirici seminarlar keçirilmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün iki mərhələdən ibarət “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunmuşdur. Bu təlimlərdə iştirakçılara istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən tədris edilmişdir.

Əlavə olaraq, Mərkəzi Bank Maliyyə Elm-Tədris Mərkəzi ilə birgə “Gənclər üçün Maliyyə Savadlılığı” adlı təlimlər təşkil etmişdir. Bu təlimlər zamanı tələbə və gənclərə Maliyyə savadlılığı portalı (www.bizimpullar.az), virtual təhsil platforması (edu.cbar.az) haqqındaətraflı məlumat verilmiş, pul nişanlarının təhlükəsizlik elementləri və saxtakarlığına qarşı mübarizə, ailə mühasibatlığı, sığorta və qiymətli kağızlar mövzuları izah olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin, təlimlərə qoşulmuş Azərbaycan Kredit Bürosunun nümayəndələri təlim iştirakçılarına Büronun fəaliyyətinə dair təqdimat keçirmişdir.

Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ninicrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlim və seminarları, o cümlədən əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment