1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AzSığorta” 2018-ci ilin ilk yarısını 4 milyon manat xalis mənfəətlə bitirib
26.07.2018

Baki, FinanceTime. Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” 2018-ci ilin 1-ci birinci yarısını mənfəətlə bitirib.İlk yarımillikdə şirkətin xalis mənfəəti 4 230 084 manat təşkil edib.

2018-ci ilin yanvar – iyun ayları ərzində“AzSığorta” ASC-nin əsas əməliyyat, investisiya, subroqasiya və digər gəlirlər daxil olmaqla ümumi gəlirləri 16 577 403 manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2 239 130 manat və ya16%çoxdur.

Bu ilin ilk yarısında “Azsığorta” ASC-nin xərcləriisə keçən ilin müvafiq dövrü ilə müqayisədə 36%azalaraq 11 289 798 manat təşkil edib. Xatırladaq ki, 2017-ci ilin 1-ci yarısında bu göstərici 17 689 542 manat olmuşdur. 2018-ci ilin ilk altı ayınının 5 550 591 manatı əsas əməliyyat xərclərinin, 5 241 343 manatı işlərin aparılmasına, 497 863 manatı isə sair xərclərin payına düşür. Nəticədə vergiqoyulmadan əvvəl mənfəət 5 287 605  manat, xalis mənfəət isə 4 230 084 manat təşkil etmişdir.

“Hazırda cari ilin 1-ci rübündəki müsbət tendensiyanın davam etdiyini müşahidə edirik. Ümumlikdə birinci yarımillikdə 4 milyon xalis mənfəət, ilk növbədə şirkətin bütün sahələrdə paralel olaraq inkişaf etdiyini göstərdi. Hazırda bu dinamikanın stabilliyini saxlayaraq müsbət göstəriciləri daha da artırmaq niyyətindəyik” - deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.

Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment