1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Xırdalan iç – Xırdalanda ev qazan!” promo aksiyasının ilk qalibinə yeni mənzilin açarları təqdim edildi
23.07.2018

Park Bulvar ticarət və əyləncə mərkəzində Carlsberg Azerbaijan tərəfindən təşkil olunmuş “Xırdalan iç – Xırdalanda ev qazan!” promo kampaniyası çərçivəsində ilk mükafatlandırma mərasimi keçirilib.

Mərasim zamanıCarlsberg Azerbaijan-ın Marketinq üzrə direktoru Yana Slivka aksiya çərçivəsində hələ iki mənzilin öz qaliblərini gözlədiyini qeyd edərək, mənzilin açarlarını yeni sahibi Rəşad Quliyevə təqdim etmişdir.

Masallı rayonunda yaşayan Rəşad Quliyev mükafatlandırma mərasimində iştirak etməsivə daha sonra mənzilin adına rəsmiləşdirilməsi üçün xüsusi olaraq Bakıya dəvət edilib: “Mən çox şadam ki, sevimliXırdalan pivəsi mənə Xırdalanda əv qazanmaq imkanı qazandırdı. Mən yalnız 8 kod qeydiyyatdan keçirmişdim, dostlarım və tanışlarım isə daha çox kod qeydiyyatdan keçirmişdilər. Lakin buna baxmayaraq, mən qalibiyyətə inanırdım və yanılmadım. Hədiyyə üçün çox sağolun, indi mənim Xırdalanda şəxsi evim var!”.

Carlsberg Azerbaijan-ın Marketinq üzrə direktoru Yana Slivka: “Aksiyanı tərtib etdiyimiz zaman biz yalnız Xırdalan flaqman brendinə əlavə diqqət çəkmək deyil, həm də, ən əsası, istehlakçılarımız üçün həqiqətən də əhəmiyyətli bir şey etmək istədik. İnsanların rifahının əsas göstəricilərindən birinin məhz şəxsi daşınmaz əmlakın mövcudluğu olduğunu dərk edərək, əsas mükafat kimi məhz mənzilin üzərində dayandıq. Və bu gün mənzilin açarlarını xoşbəxt qalibə təqdim edərkən, biz işimizin ilk bəhrələrini görürük. Qarşıda isə öz sahiblərini gözləyən iki mənzil var. Şansı buraxmayın, çünki qapağın altındakı hər kod uduşlu ola bilər”.

Beləliklə, 1 aprel tarixində başlamış “Xırdalan iç - Xırdalanda ev qazan!"promokampaniyası çərçivəsində Xırdalan şəhərində Kristal Abşeron yaşayış kompleksində3 təmirli mənzil oynanılır. Uduşda iştirak etmək üçün yetkinlik yaşına çatmış istehlakçılar Xırdalan pivəsini almalı, qapağın altında olan kodu tapmalı və onu www.xirdalanpromo.az promosaytında qeydiyyatdan keçirməlidir.

Mənzilin növbəti uduşu 2018-ci il avqustun 1-də baş tutacaq.

Aksiyada Lotereya nişanı ilə ("Xırdalan iç - Xırdalanda ev qazan!") aşağıdakı qablaşdırma formatlarında məhsullar iştirak edir: "Xırdalan" şüşə butulka 0,5 l, "Xırdalan" dəmir banka 0,45 l, "Xırdalan" PET 2,0 l, "Xırdalan" PET 1,5 l, "Xırdalan Draft" şüşə butulka 0,44 l, "Xırdalan Export" şüşə butulka 0,44 l.

Kampaniyanın şərtləri barədə ətraflı məlumatı məhsulun etiketində və www.xirdalanpromo.az saytında, həmçinin qaynar xətt nömrəsi (012) 404 31 33 ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxmini 220 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN təşkil edir, şirkət AR Vergilər Nazirliyinin vergi tərəfdaşı statusuna malikdir. Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxminən 50 mln AZN təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage kimi məşhur brendlər var.

Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment