1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AtaBank Sinqapurda da “bir addım öndə” olduğunu təsdiqləyib
23.07.2018

Baki, FinanceTime. AtaBank-ın bu il müştərilərinə təqdim etdiyi “AtaNet” Mobil Bankçılıq əlavəsi 12.07.2018-ci il tarixində Singapurda “Bank və maliyyə sektorunda ən yaxşılarını tanıyaq” şüarı altında keçirilən tədbirdə “Asian Banking & Finance Wholesale Banking” Awards 2018 mükafatına layiq görülüb. 

2012-ci ildən etibarən hər il keçirilən tədbirdə Asiya ilə yanaşı dünyanın ən iri banklarının və maliyyə qurumlarının nümayəndələri iştirak edib.

Asiya ölkələrinin qabaqcıl banklarının və maliyyə qurumlarının təqdim etdiyi yeniliklər arasında ən yaxşılar Deloitte, Pricewaterhouse Coopers, KPMG və Ernst and Young kimi “böyük dörtlük” adlanan audit şirkətlərinin nümayəndələrindən ibarət juri tərəfindən seçilib.

AtaBank-ın rəsmi nümayəndə heyəti bir neçə gün ərzində müxtəlif tədbirlərdə iştirak edərək AtaNet Mobil Bank əlavəsinin bütün imkanları, texniki məqamları və təhlükəsizliyi ilə bağlı təqdimatlar keçirib. Nəticə etibarı ilə 40-dan çox ölkədən iştirakısıolanvə HSBC, Standard Chartered, BankofChina, Citibank kimi nəhəng banklar və maliyyə qurumları arasında müasir dövrün ən önəmli və ən çox diqqət ayrılan təhlükəsizlik sahəsində ən təhlükəsiz və ən yaxşı Mobil Bank əlavəsi kimi AtaNet seçilərək “Domestic Technology & Operations Bank of the Year” nominasiyası üzrə qalib gəlib və mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı çıxış edərək qeyd edib ki: Biz AtaBank olaraq daim şüarımız kimi“Bir Addım öndə” olmağa çalışmış və bu şüara layiq olmaq üçün hər zaman yeniliklər tətbiq etmişik. Son yeniliklərdən biri də artıq müştərilərin istifadəsinə təqdim edilmiş “AtaNet” İnternet və Mobil Bankçılıq xidmətidir. Tədbirə gələn zaman biz əmin idik ki, bu mükafatı qazanan biz olacağıq. Çünki AtaNet ən qabaqcıl dünya praktikasına uyğun olaraq zamandan və məkandan asılı olmayaraq əməliyyatların rahat və sürətli aparılması, təhlükəsizliyi və bir çox üstünlükləri ilə rəqiblərindən seçilir. Gələcəkdə AtaNet-in bazardakı yerinin qorunması və möhkəmləndirilməsi üçün komandamız bütün gücü ilə çalışacaq və yaxın zamanlarda AtaNet bir çox yeni imkanlarını da müştərilərinin istifadəsinə təqdim edəcək”. Etibar Babaşlı bu mükafata məhz AtaBank – ın layiq görüldüyü üçün fəxr etdiyinivə bu uğurun nəinki AtaBank-ın həm də ölkəmiz Azərbaycanınuğuru olduğu üçün qürur duyduğunu xüsusi ilə qeyd edib.






Bununla yanaşı səfər zamanı AtaBank-ın rəhbərliyi bir sıra qabaqcıl Asiya banklarının nümayəndələri ilə işgüzar görüşlər keçirib və gələcəkdə banklar arasında əməkdaşlıq etməklə bağlı müzakirələr aparıb. Xatırladaq Asiya maliyyə bazarına xüsusi əhəmmiyyət verən AtaBank 2017-ci ildə də Çin Respublikasının ödəniş sistemləri nəhəngi Union Pay International ilə də əməkdaşlıq müqaviləsi imzalamışdır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment