1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” Qafqaz regionu üzrə yeni direktor təyin edib
20.07.2018

Baki, FinanceTime.  Alkoqolsuz yüksək keyfiyyətli içkilər istehsalının qlobal lideri sayılan “Coca-Cola” şirkəti Adrian Çernautanı Qafqaz regionu üzrə yeni direktor vəzifəsinə təyin edib.

Adrian Çernautan geniş təcrübəsi sayəsində Qafqazda strateji inkişaf, biznesin genişləndirilməsi və “Coca-Cola” brendinin əhəmiyyətinin artırılması ilə məşğul olacaq.

Çernautan təcrübəsi 16 ili əhatə edir ki, bu müddət ərzində o, “Coca-Cola” və “KraftFoods/Mondelez” kimi mültimilli şirkətlərdə çalışıb. Adrian Çernautan premium və kütləvi brendlərin müxtəlif portfellərinin yaradılması və idarə edilməsi üzrə mütəxəssisdir. O, həmçinin, franşizaların idarə edilməsi üzrə sertifikatlaşdırılmış təliçmidir.

Adrian Çernautan “Coco-Cola” şirkəıtinin qlobal komandasına 2009-cü ildə qoşulub. O, Rumıniyada brend üzrə kommersiya direktoru və Moldova, Macarıstan və Avsriyada baş direktor vəzifələrində çalışıb.

“Qafqaz regionunda “Coca-Cola” şirkətinin biznesinə rəhbərlik etməyə olduqca məmnunam. Bu, mənim üçün tam yeni bazardı və mən maraqlı və brend və ictimaiyyət üçün vacib olan yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirəm, - deyə Adrian Çernautan bildirib.

 

 

“Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend və 3900-dən çox içki növü istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 21 brend daxildir ki, onlardan 19-u az kalorili və kalorisiz seçimlərdə mövcuddur. Brendlər sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “Gold Pea” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyasırealizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini: www.thecoca-colacompany.com, Twitter səhifəsini: twitter.com/CocaColaCo, “Coca-Cola Unbottled” blogunu: www.coca-colablog.com və ya Linkedin səhifəsini www.linkedin.com/company/the-coca-cola-companyziyarət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment