1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
20.07.2018

Baki, FinanceTime.   “Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu. Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu.

Hazırda kənd ərazisində “Nar”-ın 4 baza stansiyası fəaliyyət göstərir və bütün kəndi əhatə edir. Xüsusi enerji təminatına malik “Nar” şəbəkəsi kəsintisiz fəaliyyət göstərərək əhaliyə keyfiyyətli zəng və internet xidmətlərindən istifadə etmək imkanı yaradıb.

Sakinlərin böyük sevincinə səbəb olan bu hadisəmünasibətilə “Nar” Arvana kəndində maraqlı tədbir keçirdi. Sakinlərin görüşünə gələn “Nar” yerlilərə pulsuz nömrələr, internet və danışıq balansı və digər dəyərli hədiyyələrtəqdim etdi.Yeni nömrələrini istifadə edən kənd sakinləri zəng və internet xidmətlərindən yararlanaraq, mobil rabitənin keyfiyyətindən razı qaldılar.

Arvana sakinləri kəndin ciddi probleminə çevrilmiş rabitə problemini aradan qaldırdığına görə mobil operatora minnətdarlığını bildirdi. Kənddən xüsusi hazırlanmış video çarxıburadan izləyə bilərsiniz.

Qeyd edək ki, mobil operator, paytaxtla yanaşı, bölgələrin də yüksəkkeyfiyyətli mobil zəng və internet xidməti ilə təmin olunmasına diqqət ayırır. Təkcə 2018-ci il ərzində ölkənin 30-a yaxın şəhər və rayonlarında yeni baza stansiyaları quraraq abunəçilərin istifadəsinə təqdim edib. Bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifindən istifadə edən “Nar” abunəçiləri zəng xidmətlərindən çox sərfəli qiymətə – dəqiqəsi 1 qəpiyə, yararlanırlar.

“Nar” şəbəkəsi və tarifləri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment