1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
19.07.2018

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının heyəti  ilə görüş keçirilib.

Görüşün əsas məqsədi  2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində  peşə təhsilinin rolu və bu sahənin inkişafında işəgötürənlərlə birgə əməkdaşlıq, şagirdlərdə sahibkarlıq təfəkkürünün inkişafı, məktəb yaşlarından şagirdlərdə “gələcəyin sahibkarı” ideyasının formalaşması gələcək layihələrdə birgə əməkdaşlıq və s. məsələlərlə bağlı olub.

Görüş zamanı bildirilib ki, ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramlar  hazırlanmalı  və həyata keçirilməlidir. İstehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün Sahibkarlar da bu işə yaxından cəlb edilməlidir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə birgə əməkdaşlıq edə bilər. Belə ki, işəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları da  təşkil edilə bilər. Gələcəkdə əmək bazarının tələblərinə müvafiq olaraq, ilk peşə-ixtisas təhsili üzrə ixtisasların formalaşan zaman işəgötürənlərin təklifləri dəyərləndirilərsə məzunların iş tapmaq problemləri aradan qalxar.

 Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri  bildiriblər ki, təhsil alanların bilik və bacarıqların inkişafı istiqamətində əməkdaşlığa hazırdırlar. Daha sonra peşə təhsilində mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verilib, peşə təhsilinin inkişafı üçün zəruri addımlar müzakirə olunub. Görüş zamanı  işəgötürənlərin buraxılış imtahanlarına cəlbi, kadrların bazarın tələblərinə uyğun hazırlanması zamanı lazımı addımlar müzakirə edilib. Bildirilib ki, birgə əməkdaşlıq  dövlət-biznes tərəfdaşlığına təkan verəcək.

ASK-nın vitse prezidenti Vüqar Zeynalov əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlığın  gələcəkdə bu sahənin inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Daha sonra Vüqar Zeynalov Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən həyata keçirilən  “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcək dəstək” adlı  layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Resublikasında gənclər arasında məşğuliyyətinin artırılması istiqamətində, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) və BildungswerkderWirtschaftgGmbH vasitəsilə maliyələşdirilən layihə 3 ildir ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən icra olunur. Layihənin əsas və ən ali məqsədi yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikasında gənclər arasında məşğuliyyət perspektivlərinin artırılması və işəgötürən birliklər və özəl sektor şirkətlərinin peşə təlimində mütəmadi iştirakından ibarətdir. Qeyd olunub ki, hədəflərinə çatmaq üçün layihədə  dörd istiqamət həyata keçirilib. İlk olaraq əmək bazarında ehtiyac duyulan sahələrin araşdırılması və təhlili, ikinci istiqaməti „İş yerləri təlim ocağı kimi” , sahibkarlıq təfəkkürünün artırılması və “Məktəblər təlim ocağı kimi” konseptinin praktik qavranılmasının təşviq metodları əsasında hazırlanması və sınaqdan keçirilməsi, işəgötürənlər birlikləri və sənaye qurumları arasındakı peşə təlim sahəsi üzrə əməkdaşlıq, şərtlər və praktik tələblərə cavab verəcək işlər üzrə hədəf alınan informasiya strateqiyası hazırlanaraq uzun müddətli və möhkəmlənməsindən ibarətdir.

Görüşün sonunda peşə təhsili sahəsində “Tərəfdaşlıq mexanizmi”, dərsliklərin hazırlanmasında, mütəxəssislərin təhsil sisteminə cəlbi istiqamətində birgə əməkdaşlığa dair razılığa gəlinib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment