1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri
17.07.2018

“Barama Junior 2018 / Summer IT school for kids” layihəsinə start verildi

Baki, FinanceTime.  Gələcək nəslin inkişafına dəstək məqsədilə bir çox layihələr həyata keçirən “Azercell Telekom” MMC daha bir təşəbbüslə çıxış edir. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə məktəblilərin yay tətilini daha səmərəli və məhsuldar keçirməsi üçün “Barama Junior 2018 / Summer IT school for kids” layihəsini təqdim edir. Artıq üçüncü ildir reallaşan “Coding Kids – Summer Course” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə daha faydalı imkanlarını izah edəcək. 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulan layihə çərçivəsində Python, Raspberry Pi və HTML proqramları tədris ediləcək. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər Coding Club Kids şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və Coding Club Kids şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılacaq. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçiriləcək dərslər ödənişsizdir və həftədə 3 dəfə tədris ediləcək. Dərslərə 30 iyul tarixindən start veriləcək və 4 həftə boyunca davam edəcək. Layihədə iştirak etmək üçün 20 iyul 2018-ci il tarixinə qədər Bit.ly/Barama linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Bu layihə çərçivəsində uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqları əldə etmək imkanını qaçırmayın.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment