1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artmışdır
10.07.2018

Baki, FinanceTime. Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlamışdır. Hazırda Büro ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatmışdır.

Birinci yarımil ərzində Büronun sistemindən 30 bank və 36 BOKT istifadə etmişdir.Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 665.190 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 2 dəfədən çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 330.071 sorğu yerinə yetirilmişdir.

Büroda aparılmış sorğuların 598.535-i banklar, 66.655-i isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilmişdir.

Qeyd olunan dövr ərzində 1667 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir.Müraciət etmiş şəxslərin 1652-i fiziki, 15-i isə hüquqi şəxslər olmuşdur.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment