1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” Azərbaycan regionlarında qadın sahibkarlığını inkişaf etdirir
10.07.2018

Baki, FinanceTime. “Coca-Cola” Azərbaycanın regionlarında qadınların iqtisadi imkanlarının genişləndirilməsinə həsr edilmiş konfransda iştirak edib. Qadınlar forumu BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. “Coca-Cola” Fondu və “Global Water Challenge” tərəfindən maliyyələşdirilən “Qadınların və gənclərin iqtisadi imkanlarının genişləndirilməsi” layihəsinin bir hissəsi olan konfransda Salyan rayonunun icra başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, UNDP-nin rezidenti Alessandro Frakassetti və “Coca-Cola”nın Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru Eser Manav çıxış ediblər.

“Coca-Cola” şirkətinin qadınların cəmiyyətdəkiroluna verdiyi önəmdən danışan Eser Manav bildirib: “Qadınların iqtisadiyyat da daxil olmaqla, cəmiyyətin bütün sahələrində fəal iştirakı insan kapitalının inkişafına və dövlətin iqtisadi yüksəlişinə təkan verir. Qadınlar üçün imkanların genişləndirilməsi və cəmiyyətin rifahı hər bir ölkənin inkişafının ən vacib göstəricilərindəndir və şübhəsiz ki, bu da “Coca-Cola”nın Azərbaycandakı gündəmində başlıca yer tutur”.

Eser Manav onu da qeyd edib ki, “Coca-Cola” şirkəti 2010-cu ildə “5by20” adlı qadınların iqtisadi imkanlarının genişləndirilməsini qarşısına məqsəd qoyan və 2020-ci ilədək dünyada 5 milyon qadını əhatə edəcək uzunmüddətli proqramın əsasını qoyub. Proqram “Coca-Cola”brendinin təmsil olunduğu ölkələrdə fəaliyyət göstərir və artıq 2,4 milyondan çox qadını əhatə edib. Proqram çərçivəsində qadınlar şəxsi bizneslərinin əsasını qoya bilmək üçün işgüzar biliklər əldə etmək, maliyyə məsələlərini həll etmək imkanı qazanırlar.

“Coca-Cola” şirkəti UNDP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Salyan və Neftçalada iki qadın resurs mərkəzi açıb. Salyandakı mərkəz şəhərin icra başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova və UNDP-nin rezident nümayəndəsi Qulam İsakzainin iştirakı ilə rəsmi olaraq 2017-ci ilin oktyabr ayında açılıb. Hər iki mərkəz qadınların təşəbbüslərini dəstəkləyir və hazırda onların köməyi ilə 500-dən çox kəndli qadın əlavə iqtisadi və sosial bacarıqlara yiyələnib. 

Tədbirin yadda qalan anlarından biri “Qadınların və gənclərin iqtisadi imkanlarının genişləndirilməsi” layihəsi vasitəsilə reallaşanbiznes-layihərin təqdimatları olub.

“Coca-Cola” Fondu tərəfindən maliyyələşdirilən UNDP-nin qadınların və gənclərin iqtisadi imkanlarının genişləndirilməsi layihəsi çərçivəsində yüzlərləqadın müxtəlif treninqlər vasitəsilə biznesin təcrübələrini yaxşılaşdırıb, 21 məhdud fiziki imkanlı qadın yeni peşə bacarıqlarına yiyələnib və öz biznes-planlarını hazırlayıb. Bundan başqa, UNDP və “Coca-Cola” Fondunun maliyyə, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati və texniki dəstəyi ilə 20-dən çox qadın iqtisadiyyatın müxtəlif sahələrindəşəxsi bizneslərini yaradıb.

«“Coca-Cola”nın qadınların imkanlarının genişləndirilməsi üzrə qlobal missiyası uzunmüddətlidir. Biz əminik ki, hökumət, vətəndaş cəmiyyəti və biznesin bu istiqamətdə həyata keçirdikləri birgə səyləri qadınların daha fəal olacağı yaxşı mühitin formalaşmasına gətirib çıxaracaq. Biz qadınların uğur qazanması üçün çalışırıq, belə ki, bu, dünyanı əsl mənasında xoşbəxt və çiçəklənən edir», - deyə Eser Manav bildirib.

 

“Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend və 3900-dən çox içki növü istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 21 brend daxildir ki, onlardan 19-u az kalorili və kalorisiz seçimlərdə mövcuddur. Brendlər sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “Gold Pea” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini: www.thecoca-colacompany.com, Twitter səhifəsini: twitter.com/CocaColaCo, “Coca-Cola Unbottled” blogunu: www.coca-colablog.com və ya Linkedin səhifəsini www.linkedin.com/company/the-coca-cola-company ziyarət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment