1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Broker xidməti nədir? Ondan necə faydalanmaq olar?
09.07.2018

Tarixə nəzər salsaq görərik ki, "broker" sözü ilk dəfə 1355-ci ildə İngiltərədə istifadə edilib. Lakin bu peşənin sözün əsl mənasında ortaya çıxması və bu günkü xüsusiyyətlərə qovuşması XVII əsrdə İngiltərədə baş tutub. Bunun səbəbi isə o illərdə İngiltərənin ən böyük dəniz ticarətinə sahib olması və pulun mühafizə mənbəyi olması idi.Dünyada əvvəllər Brokerlərin 4 əsas mərkəzi olub: London, Hamburq, Oslo və Nyu-York. İndi isə Broker xidməti göstərən brokerlər dünaynın bir çox ölkələrində fəaliyyət göstərirlər.

Ölkəmizdə Broker xidməti göstərən investisiya şirkətlərindən biri bəlkə də ən birincisi AzFinance şirkətidir. Adı çəkilən şirkətin brokeri Elmidar Şirinzadə AzFinance İnvestisiya şirkətinin göstərdiyi 3 əsas xidmətdən birinin də məhz elə Broker xidməti olduğunu bildirdi. Onun sözlərinə AzərbaycanRespublikasının mülki məcəlləsinə və qiymətli kağızlar haqqında qanuna əsasən hər hansı bir qiymətli kağızı əldə etmək istəyən fizki və ya hüquqi şəxs birbaşa qiymətli kağızı özü ala bilməz. Bu qanunvericiliklə tənzimlənir. Qiymətli kağızı investor ancaq investisiya şirkətlərinin köməkliyi ilə əldə edə bilər. Elə bu zaman qiymətli kağız əldə etmək istəyən şəxsə investisiya şirkətinin brokerləri Broker xidmətini göstərirlər. Bu zaman investorlardan cüzi komissiya haqqı tutulur deyə şirkət nümayəndəsi bildirib.

Fins.az –ın Broker xidmətini kimlər həyata keçirə bilər sualına AzFinance investisiya şirkətinin brokeri Ramil Səmədov bu cür cavab verib:

Broker xidmətləri AzFinance investisiya şirkətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyaları tam təmin olunmuş peşəkar işçilər tərəfindən həyata keçirilir. Hər bir investisiya şirkəti maliyyə bazarının peşəkar iştirakçısıdır. İnvestisiya şirkətlərinin daxili normativ hüququ aktları olmalıdır. Bundan başqa, hər investisiya şirkətinin bir xidmətə görə iki ixtisas şəhadətnaməsinə malik işçisi olmalıdır. İşçilərinin bu cür şəhadətnaməsi olmayan şirkət investisiya şirkəti hesab edilə bilməz

Broker xidmətinə -ə nə vaxt müraciət etmək olar sualını cavablandıran Ramil Səmədov qiymətli kağız almaq istəyən potensial investorun mütləq qaydada investisiya şirkətinə müraciət etməli olduğunu bildirib.

Qeyd edək ki, qiymətli kağızlar haqqında qanunda göstərilir ki, investisiya şirkətinin bu xidmətləri göstərmək üçün daxili qaydaları olmalıdır və müştəri bilməlidir ki, bu şərtlərlə qaydalar tənzimlənir. İstənilən investisiya şirkətinə müraciət edən investora bu daxili qaydalar təqdim edilməlidir. İnvestisiya şirkəti ilə investor arasında müqavilə imzalanarkən isə qarşı tərəfin, yəni investorun yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment