1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Excelsior Hotel & Spa Baku” otelində “Yay tədbiri 2018” keçirilib
03.07.2018

Baki, FinanceTime. 29 iyun 2018-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelininaçıq hovuzda yerləşən Pool Bar restoranında  “Yay tədbiri 2018” keçirilib. Tədbirdə  otelin biznes tərəfdaşları,  işgüzar dairələrin nümayəndələri,  turizm agentliklərivə KİV nümayəndələri  iştirak ediblər.Açılış mərasimində çıxış edən “Excelsior Hotel & Spa Baku”  otelinin baş meneceri Turhan Poyraz qonaqları salamlayaraq onlara otelin yay mövsümündə  istirahət etmək üçün olan imkanları haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bundan sonra paytaxtın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala bilərlər.
Sərinləşdirici içkilər,otelin peşəkar aşpazlarının hazırladığı  ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaradıb. Tədbirdə əməkdar artist Tünzalə Ağayevanın gözəl ifası bütün qonaqların  ürəyincə olub. DJ musiqisinin  sədaları altında qonaqlar rəqs ediblər. Tədbirin müxtəlif saatlarında aparıcı Kamilə Babayevanın təqdimatında qonaqlar lotoreya oyununda iştirak ediblər. Lotoreyada qonaqlar  “Excelsior Hotel & Spa Baku” otelinin   “Aura” Sağlamlıq mərkəzinə  1 günlük, 1 aylıq, 3 aylıq, 6 aylıq, 1 illik üzvlük kartları və  müxtəlif  hədiyyələr qazanıblar.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, “Excelsior Hotel & Spa Baku”otelində yay mövsümünün açılışına həsr olunmuş ənəvi yay tədbirihər il keçirilir. 

“ Excelsior Hotel & Spa Baku”  otelinin Satış və Marketing Departamentinin Direktoru İlkin Rüstəmov qeyd edib  ki, otel korporativ tərəfaşlarına və turizm şirkətləri ilə olan əməkdaşlıq fəaliyyətlərinə xüsusi əhəmiyyət verir. 2005-ci ildə n fəaliyyət göstərən “Excelsior Hotel & Spa Baku” Azərbaycanın ilk 5 ulduzlu otellərindən biri, Azərbaycan turizminin pioner obyektərindən və ən tələb olunan otellərindən biridir. Otel həftəiçi günlərdə Belvedere restoranında isveç masası stilində  (bufet) oluqca dadlı və ləziz business lanç yeməyi xidməti təklif edir. Bir nəfər üçün qiymət 14 AZN-dir. Bu nahar süfrəsində isti və soyuq yeməklərin, qəlyanaltı və desertlərin geniş  çeşidi təqdim olunur. Bu restorana axşamlar, həmçinin, ləziz “A La Carta”axşam yeməyi üçün də təşrif buyurmaq olar. Otelin “Aura” sağlamlıq mərkəzi Bakının ən böyük mərkəzlərindən biri olaraq  qonaqlara premium səviyyəli spa istirahət xidmətləri təklif edir.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.











     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment