Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Lüksemburq Təlim Mərkəzi tərəfindən
Baki, FinanceTime. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Lüksemburq Təlim Mərkəzi, ATTF ilə birgə əməkdaşlıq çərçivəsində təlimçi Hr-konsultant Gilles Ossona de Mendez-in təqdimatında “İnsan Resurslarının İdarə edilməsi” təlim proqramı keçirilib.
Təlim proqramı çərçivəsində həmçinin menecer-kouç, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi,motivasiya metodları, liderlik üslubları, insan resurslarının şirkətdə strateji rolu mövzuları müzakirə olunub. Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 12 bank, 2 sığorta şirkətinin nümayəndələri, Palatanın əməkdaşları iştirak ediblər. Sonda təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.