1 USD 1.7000   1 EUR 1.9967   1 AED 0.4628   1 ARS 0.0457   1 AUD 1.2355   1 BRL 0.4197   1 BYN 0.8150   1 CAD 1.3144   1 CHF 1.7715   100 CLP 0.2560   1 CNY 0.2479   1 CZK 0.0780   1 DKK 0.2677   1 EGP 0.0949   1 GBP 2.2236   1 GEL 0.6495   1 HKD 0.2176   100 IDR 0.0114   1 ILS 0.4754   1 INR 0.0235   100 IRR 0.0040   100 JPY 1.5098   1 KGS 0.0247   100 KRW 0.1520   1 KWD 5.6152   1 KZT 0.0047   100 LBP 0.1124   1 MDL 0.1011   1 MXN 0.0901   1 MYR 0.4112   1 NOK 0.2087   1 NZD 1.1338   1 PLN 0.4634   1 RUB 0.0256   1 SAR 0.4533   1 SDR 2.3888   1 SEK 0.1934   1 SGD 1.2440   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.2688   1 TWD 0.0554   1 UAH 0.0605   100 UZS 0.0210   1 XAG 24.1916   1 XAU 2035.1040   1 XPD 1778.7524   1 XPT 1403.6899   1 ZAR 0.1184   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Digər xəbərlər


DMX-nin rəisi Vüsal Hüseynov “AmCham”ın üzvləri ilə görüşüb
25.06.2018

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) Bakıda öz üzvləri üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı və çıxışı ilə xarakterizə olunan aylıq işgüzar nahar təşkil edib.

ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının (OPIC) Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru xanım Tara Bleykdə tədbirdə qonaq-məruzəçi qismində çıxış edərək “AmCham” üzvləri üçün özəl sektora investisiya qoyuluşu imkanları və mövcud çətinliklər haqqında məlumat verib.O, ABŞ-ın Azərbaycana qoya biləcəyi investisiya imkanlarına nəzər salaraq investisiya qoyuluşu üçün ən cəlbedici sektorları və sahələri qısaca təsvir etdi və Amerikanın özəl kapitalının Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə töhfə verməklə Azərbaycan hökumətinin təşəbbüskarı olduğu stimullaşdırıcı tədbirlərin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, işgüzar nahar“AmCham”ın üzvləri tərəfindən keçirilmiş şirkət təqdimatları ilə yadda qaldı.Tədbirdə təxminən 150 qonaq, o cümlədən diplomatik korpusun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən VüsalHüseynov biznes sektoru nümayəndələri ilə birbaşa növbəti görüş imkanına görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, ölkəyə gələn əcnəbilərin müraciət etdiyi ilk sahələrdən biri də DMX-dir. Bu baxımdan miqrasiya sahəsində şəffaflığın və rahatlığın təmin edilməsi Xidmətin əsas prioritetlərindəndir. Çünki, turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqəlidir.

Xidmət rəisinin sözlərinə görə, böyük həcmli və uzunmüddətli xarici investisiyalar daha əlverişli biznes mühiti tələb edir. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verir ki, bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirir.

Vüsal Hüseynov onu da bildirib ki, DMX-nin fəaliyyəti ilə bağlı təklif və iradları bilmək, Xidmətin fəaliyyətinin günün tələblərinə uyğun qurulması və ölkəyə xarici investisiyanın cəlb olunması üçün işgüzar dairələr ilə əməkdaşlıq əlaqələri genişləndirilir. O, DMX yanında yaradılacaq Məşvərət Şurasının işində “AmCham” nümayəndələrinin də təmsil olunacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb. İlk görüşdə aparılan müzakirələrdə fəal iştirakları ilə bu layihənin gerçəkləşməsinə verdikləri dəstəyi qeyd edib və bildirib ki, “Ağ sənəd”, “Avropa İttifaqının Azərbaycan üzrə biznes mühiti hesabatı” və digər sənədlərdə əksini tapan fikirləriniz və rəyləriniz ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, biznes dairələrinin təklifləri Xidmətdə ətraflı təhlil olunur və nəzərə alınır.

Vüsal Hüseynov ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi və yerli əhalinin məşğulluğunun artırılması, eləcə də yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi üçün Azərbaycanda fəaliyyət göstərən şirkətləri milli kadrlara təlimlər keçirilməsi yolu ilə milliləşdirmə siyasəti aparmağa dəvət edib. Xidmət rəisi onu da əlavə edib ki, qanunvericiliyin sadələşdirilməsi istiqamətində də işlər davam etdirilməkdədir.

Sonda DMX rəisihökumət ilə biznes ictimaiyyəti arasında müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, qonaqlara və dəvət üçün “AmCham Azərbaycan” nümayəndələrinə öz təşəkkürünü bildiribvə ölkənin işgüzar mühitinin daha da inkişaf etdirilməsi istiqamətində yerinə yetirilən səmərəli işlərin təqdirə layiq olduğunu qeyd edib.

Qeyd edək ki, “Amcham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

 

 





20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri

13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment