1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
22.06.2018

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə Mərakeş Krallığında səfərdədir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunun məqsədi dövlət sektorunun islahatı və təkmilləşdirilməsi, idarəetmə bacarıqlarının artırılması və elektron idarəçiliyin inkişafı məqsədi ilə Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında əməkdaşlıq və mübadilə üçün hüquqi çərçivənin yaradılmasıdır.

Bununla yanaşı, forum çərçivəsində “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün liderlik bacarıqlarının və düşüncə tərzinin dəyişdirilməsi” mövzusunda təşkil olunan sessiyada “ASAN xidmət” barədə təqdimat edilib. ASAN təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Nümayəndə heyəti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə təqdimat edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Rabat şəhərində sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşüb. Görüş zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi ilə yaradılan “ABAD” (“Ailə Biznesinə Asan Dəstək”) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Həmçinin qurumlar arasında qeyd edilən sahə üzrə geniş təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub. Dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması ilə bağlı prosedurların sürətləndirilməsi qərara alınıb.

Forumun ilk günündə nümayəndə heyəti Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader və İndoneziyanın inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə də görüş keçirib, əməkdaşlıq perspektivlərini geniş müzakirə edib.

Xatırladaq ki, ASAN xidmət 2015-ci ildə BMT dövlət xidmətləri mükafatına 1-ci yerlə layiq görülüb.

Nümayəndə heyətinin Forumda iştirakı davam edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment