1 USD 1.7000   1 EUR 2.0024   1 AED 0.4628   1 ARS 0.0445   1 AUD 1.2396   1 BRL 0.4170   1 BYN 0.8158   1 CAD 1.3172   1 CHF 1.7728   100 CLP 0.2540   1 CNY 0.2484   1 CZK 0.0784   1 DKK 0.2685   1 EGP 0.0949   1 GBP 2.2562   1 GEL 0.6489   1 HKD 0.2173   100 IDR 0.0115   1 ILS 0.4761   1 INR 0.0236   100 IRR 0.0040   100 JPY 1.5079   1 KGS 0.0245   100 KRW 0.1522   1 KWD 5.6171   1 KZT 0.0047   100 LBP 0.1123   1 MDL 0.1012   1 MXN 0.0901   1 MYR 0.4117   1 NOK 0.2086   1 NZD 1.1377   1 PLN 0.4667   1 RUB 0.0256   1 SAR 0.4533   1 SDR 2.3870   1 SEK 0.1937   1 SGD 1.2467   1 TJS 0.1804   1 TMT 0.4857   1 TRY 0.2727   1 TWD 0.0554   1 UAH 0.0607   100 UZS 0.0211   1 XAG 24.4540   1 XAU 2056.0139   1 XPD 1790.6949   1 XPT 1421.6930   1 ZAR 0.1188   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Sığorta


İlin ən böyük sığorta tədbiri – Beynəlxalq Sığorta Konfransı keçirilib
21.06.2018

Baki, FinanceTime.  20 İyun 2018-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası, Rumıniyanın Xprimm Media şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə “Azərbaycanda sığorta – Yeni perspektivlər” adlı sığorta konfransı baş tutub. Konfrans sığorta bazarının konsolidasiyası, dinamik inkişafı, yeni icbari sığorta növləri, bazardakı islahatlar və yeniliklərə dair mövzulara həsr olunub.

18 ölkədən 185 nəfərin qatıldığı konfransda Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, o cümlədən, sığorta və təkrarsığorta şirkətləri, həmçinin, İcbari Sığorta Bürosu, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyaları və Audatex Azərbaycan şirkətinin rəhbər şəxsləri iştirak edib.

Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Böyük Britaniya, Belarus, Hollandiya, Almaniya, Gürcüstan, Rumıniya, Qazaxıstan, Albaniya, İsrail, Latviya, İspaniya, Ukrayna, Polşa və İranın sığorta və təkrarsığorta şirkətləri, eləcə də, əlaqəli qurumlarının nümayəndələri və sığorta sahəsində ixtisaslaşmış ekspertləri, həmçinin, Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları hovuzu) sistemi, Solera Şirkətlər qrupunun Fransa nümayəndəliyi, Gürcüstanın Dövlət Sığorta Nəzarəti orqanı, nüfuzlu reytinq agentliklərindən olan A.M Best və FİTCH Ratings agentliklərinin nümayəndələri, Russian Re, Polish Re, Barents Re kimi tanınmış təkrarsığorta şirkətləri, ölkəmizin və dünyanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri, həmçinin, Belarus Sığorta Assosiasiyası konfransa iştirakçı qismində qatılıb.

Konfransın açılış mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli nitq söyləyib. Çıxışlarda sığortanın maliyyə sektoru və bütövlükdə ölkə iqtisadiyyatındakı əhəmiyyəti vurğulanıb. Eyni zamanda, sığorta sektorunun inkişafını dəstəkləyən beynəlxalq və regional konfransların bu sahəyə qatdığı dəyərlərin əvəzedilməz olduğu qeyd edilib.

Tədbirdə “Azərbaycan sığorta bazarındakı makroiqtisadi trendlər və onun regional sığorta sektoruna təsiri”, “İcbari sığortaların tətbiqi və mikrosığorta”, “Rəqəmsallıq və onun istehsalçılar və istehlakçılar üçün riskləri”, “Katastrofik modelləmə”, “Kənd təsərrüfatı sığortası” kimi mövzular üzrə məruzəçilər çıxış edib və interaktiv panellər baş tutub.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə yerli sığorta bazarının inkişafının dəstəklənməsi məqsədilə daha əvvəllər də beynəlxalq tədbirlər təşkil olunmuşdur.





20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri

13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment