1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar”-ın dəstəyilə keçirilən “NETTY-2018” mükafatının qalibləri bəlli oldu
11.06.2018

Baki, FinanceTime.  “Nar” Azərbaycanın milli internet mükafatı “NETTY-2018”-ə dəstək oldu. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə verən mobil operator bir qayda olaraq, bu sahə üzrə irəli sürülən layihələrə dəstək olmaqdadır.

Azərbaycan milli internet mükafatı olan NETTY 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

NETTY Mükafatının qalibləri xüsusi yaradılan Ekspertlər Şurası tərəfindən seçilir. Bu il təsis olunmuş Ekspertlər Şurasının 1000-dən yuxarı üzvü olub. 15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi həyata keçirildi. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçdi. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq iyunun 8-də təntənəli mükafatlandırma mərasimində elan edildi.

Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Elm və təhsil", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron ticarət sahəsində ən yaxşı layihə", "İdman", "Şəxsi sayt", "Virtual münsiflər heyətinin seçimi", "Facebook”-da ən yaxşı səhifə", “Proqramlar”, “Video”.

Qeyd edək ki, NETTY mükafatınınbaş sponsoru “Nar”mobil operatorudur. “Nar” korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi kimi Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların inkişafına yönəlik müxtəlif layihələrə dəstək olur. “Nar”-ın KSM strategiyası haqqında ətraflı nar.az saytından məlumat əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment