Baki, FinanceTime. Vəzifə: Kreditlərin təhlili departamentinin direktoru
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis) NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr); • Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi; • Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər;
• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlər və qaydalar barədə biliklər;
• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
• Müxtəlif biznes sahələrinin və bazar vəziyyətinin təhlili üzrə biliklər; • Analitik düşünmə bacarığı və detallara diqqətli ola bilmək qabiliyyəti;
• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir; İŞİN TƏSVİRİ: • Struktur vahidin işini qurmaq, idarə etmək və əməkdaşların işinə nəzarət etmək; • Kredit müraciətlərinin vaxtında təhlil və icra olunmasını təmin etmək; • Filial tərəfindən aparılmış kredit analizi və maliyyə təhlilinin keyfiyyətini yoxlamaq və təkrar analiz edərək rəy bildirmək;
• İri kreditlərin qiymətləndirilməsi və monitorinqlərdə iştirak etmək;
• Kredit məhsullarının yaradılmasında iştirak etmək;
• Kredit reytinq və skorinq sistemlərinin qurulmasında iştirak etmək; • Daşınar və daşınmaz əmlak bazarını daima araşdırmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili departamentinin direktoru” qeyd edərək insan.resurslari@afb.az elektron ünvanına göndərilməsini xahiş edirik.