1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı öz təqaüdçüləri arasında şahmat üzrə respublika çempionatına start verdi
30.05.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında respublika çempionatı keçirir. “Azərbaycan Beynəlxalq Bankı-2018” çempionatı bankın çoxsaylı korporativ sosial məsuliyyət layihələrindən biridir. Burada məqsəd yaşlıların ictimai aktivliyinə töhfə vermək, eyni zamanda təqaüdçülərin maliyyə savadlılığını dəstəkləməkdir.

Çempionatın açılış mərasimində içtirakçılar üçün bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS-xəbərdarlıq və s. barədə maarifləndirici təqdimat olub. Bundan başqa, onlara Azərbaycan Beynəlxalq Bankının təqaüdçü müştərilərə göstərdiyi “Pensiya+” xidməti haqqında da ətraflı məlumat verilib. “Pensiya+” əmək təqaüdçüləri üçün nəzərdə tutulan və komissiya haqqı olmayan faizsiz vəsaitdir.

“Landmark” biznes mərkəzinin ayırdığı zalda mayın 29-dan başlayaraq 5 gün davam edəcək çempionata ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı qatılıb. Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli bildirib: “Azərbaycan Beynəlxalq Bankı müxtəlif sahələrdə sosial məsuliyyət layihələri reallaşdırır. Müştərilərimiz arasında təqaüdçülərin xüsusi yeri var. Onların hər biri bizim üçün dəyərlidir. Ümid edirik ki, bu çempionat onların həm xoş istirahəti, həm də maliyyə sahəsində maariflənməsi baxımından faydalı olacaq”.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov isə bildirib ki, cəmiyyətdə şahmata marağın artırılmasında bu cür layihələrin rolu böyükdür: “Azərbaycanda yaşlı insanlar arasında kifayət qədər peşəkar şahmatçılar var. Biz hər il onlar üçün yarışlar təşkil edirik.Cəmiyyətimizdə şahmatı təbliğ etməyə çalışırıq. Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumlarının da bu məsələdə bizə dəstəyi çox əhəmiyyətlidir”. Çempionatın final oyunu iyunun 2-də keçiriləcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment