1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakida keçirilən “Turkish Airlines World Golf Cup” yarışının qalibi azərbaycanlı oldu
29.05.2018

Baki, FinanceTime.  Mülki aviasiya sahəsində dünya lideri olan “Türk Hava Yolları” aviaşirkəti artıq populyarlıq əldə edən “Turkish Airlines World Golf Cup” həvəskarlar arasında turnirin seçmə yarışlarını Bakının “Dreamland” qolf klubunda keçirib.

Digər aviaşirkətlərdən daha çox ölkələr və istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” mükafatlara layiq görülmüş biznes-sinif xidməti, dünyanın 100 şəhərindən 8 mindən çox qonağın qatıldığı “Turkish Airlines World Golf Cup” yarışına sadiqliyi və sərnişinlərə misilsiz uçuş təcrübə bəxş edilməsinə istiqamətlənən digər görkəmli xidmətləri ilə fəxr edir.

Aviaşirkət idman rəqabətinin müxtəlif ölkələrdən insanları ruhlandırmaq və birləşdirmək qabiliyyətinə inanır. Qolf üzrə həvəskarlar arasında turnir “Türk Hava Yolları”nın qolfa, həmçinin basketbol, futbol və reqbi kimi idman növlərinə bütün səviyyələrdə göstərdiyi dəstəyin bariz nümünəsidir. Qlobal aviadaşıyıcı sərnişinlərə qolf qarmağlarını təyyarədə pulsuz daşımağa imkan yaradır.

Bakıda keçirilən tədbir yerli işgüzar cəmiyyət tərəfindən lazımi dəstək almış, iştirakçılar arasına isə “Dreamland” qolf klubunun nüfuzlu üzvləri də qatılıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

Seçmə yarışların qalibləri “Turkish Airlines World Golf Cup” qrand-finalında iştirak edəcək, həmçinin biznes siniflə Antalyaya və geriyə uçuş və beşulduzlu “Deluxe Belek Titanic” hotelində qalmaq şansı əldə edəcək. Qrand-finalın aparıcı oyunçuları isə “Turkish Airlines Open Pro-Am” peşəkar turnirinə qatılacaqlar.

 

Azərbaycanı qrand-finalda 42 xal toplayaraq birinci yerə layiq görülən Eldar Kərimov təmsil edəcək. Bakıdakı seçmə mərhələnin ikinci və üçüncü yerlərini müvafiq olaraq Rey Jak və Nik Xor tutublar.

Onuncu dəlikdə “Ən yaxın zərbə” nominasiyasının qalibləri kişi kateqoriyasında Leo Troup, qadın kateqoriyasında isə Syuzen Drammond olublar. Ən aşağı qross hesabı 79 xal ilə Darren Tomson nümayiş etdirdi.

“Biz “Turkish Airlines World Golf Cup” yarışının Bakıda uğurla keçməsinə töhfə verən bütün qonaqlarımıza təşəkkür bildirmək istərdik. Bu, çox gözəl turnir idi və biz qalib olan Eldar bəyi təbrik edib, ona Antalyada uğurlar arzulayırıq”, - deyə “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib.

 

 

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment