1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ARPA-dan yenilən mişfərdi üzvlük paketləri
29.05.2018

Baki, FinanceTime.  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) öz uğurlu fəaliyyəti çərçivəsində fərdi üzvlük paketlərinin yenilənmiş formasını təqdim edir.

Ənənəvikorporativ üzvlük paketindən fərqli olaraq fərdi üzvlük paketlərini əldə edən müştərilər bir çox üstünlüklər əldə edə biləcək.

Öz gələcək karyerasını qurmaq, bu sahədə bilik və bacarıqlarını daha peşəkar səviyyəyə çatdırmaq istəyən şəxslər bu paketləri əldə etməklə karyera sərgiləri, forum və konfranslar, seminarlar, sertifikasiya imtahanlarına endirimlər, veb məqalələrin yayımlanması, mövcud vakansiya imkanlarından faydalanmaq, tədqiqat və araşdırma hesabatları ilə tanış olmaq, eləcə də ARPA-nın illik toplantısında iştirak kimi imkanlardan yararlanacaq.

Qeyd edək ki, ARPA tərəfindən 4 fərdi üzvlük paketi təqdim olunur ki, bunlara “Sadə”, “Tələbə”, “Assosiativ” və “Peşəkar” adlıpaketlər daxildir. “Sadə” paket üzrə illik üzvlük ödənişsizdir.“Sadə” paketi əldə edən şəxs, il ərzində ARPA-nın sertifikasiya proqramlarından istifadə etməlidir, əks halda 1 ildən sonra üzvlük qeydiyyatı dayandırılır.

“Tələbə” paketi üzrə illlik üzvlük haqqı 30 AZN, “Assosiativ” - illik 60 AZN, “Peşəkar” illik – 120 AZN təşkil edir. 

Onu da qeyd edək ki, yenilənmiş fərdi üzvlük paketlərinə dair minimal tələblər də müəyyən edilib. Tələbələrə əsasən, üzv olmaq istəyən şəxs ali təhsilli olmalı,müvafiq peşəkarlıq istiqaməti üzrə iş təcrübəsi olmalıdır. 

Fərdi üzvlük paketlərini əldə etmək istəyən şəxslər (http://arpa.org.az/az/ferdi-uzvluk-paketleri/) müvafiq linkə daxil olmaqla qeydiyyatdan keçərək öz müraciətlərini təsdiq edə bilərlər.

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment