1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank fermerlərə 6%-lə güzəştli kreditlər təklif edir
29.05.2018

Baki, FinanceTime.  TuranBank və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətifermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan niyyət protokolu imzalamışdır.

İmzalanma mərasimində TuranBankın İdarə Heyət sədrinin birinci müavini Fəzail Musayev, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev ilə yanaşı, Azərbaycan Hökuməti ilə kənd təsərrüfatı layihələrini həyata keçirən bir sıra nüfuzlu beynəlxalq təşkilatların – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd təsərrüfatı üzrə Təşkilatının (FAO-nun), Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyasının təmsilçiləri və bir sıra yerli bank və kredit təşkilatlarının nümayəndələri də iştirak etmişlər.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə birgə icra olunacaq layinənin şərtlərinə əsasən, Bank fermerlərə kreditləri 200 000 manatadək olmaqla, maksimum illik 6%-lə,5 il müddətinə təqdim edəcək. Qeyd edək ki,kənd təsərrüfatı və regionların inkişafı sahəsində uğurlu fəaliyyəti ilə seçilən TuranBank Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində bu gunədək ümumilikdə 910 təsərrüfat subyektinə 23,7 milyon manat həcmində güzəştli kredit vermişdir. 

TuranBank 9-u ölkənin regional mərkəzlərində (Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazax) olmaqla ümumilikdə 16 xidmət nöqtəsi vasitəsilə müştərilərə xidmət göstərir.

Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, facebook (www.facebook.com/turanbankasc), instagram(https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment